"Qarabağ" yeni transferini açıqladı - RƏSMİ

"Qarabağ" yeni transferini açıqladı - RƏSMİ
İDMAN
10:54 29.07.2021
912
"Qarabağ" klubu Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadəni heyətinə qatıb.

AZXEBER.COM Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

O, yeni komandasında 13 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Bəhlul Mustafazadə son olaraq "Sabah"da çıxış edib. Müdafiəçinin daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubuna keçidi baş tutmayıb.
 

 


 


OXŞAR XƏBƏRLƏR