“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi

“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
İDMAN
16:22 01.07.2026
433
"Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiya təmsilçisi "Vestri” ilə keçirəcəyi hər iki matçın hakimləri bəlli olub.

AZXEBER.COM xəbər verir ki, Bakıda baş tutacaq ilk görüşü idarə etmək moldovalı FİFA referisi Roman Jitariyə həvalə olunub.

Ona meydanda həmyerliləri Vlad Lifçu və Vadim Vikol kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andrey Brequta yerinə yetirəcək. VAR otağında isveçrəli Luka Cibelli, AVAR-da isə Anoen Kanaqasinqam əyləşəcək.

Səfər qarşılaşmasında isə çexiyalı FİFA referisi Marek Radina ədaləti qoruyacaq. Yan xətlərdə Kamil Hayeklə Petr Kotalik, dördüncü hakim qismində isə Daniel Vokoun fəaliyyət göstərəcək. VAR hakimi Tomaş Koçurek, AVAR hakimi isə Andrey Berka olacaq.

Bildirilir ki, Bakıdakı qarşıdurma iyulun 9-u saat 20:00-da, İslandiyadakı revanş oyunu isə iyulun 16-dan 17-nə keçən gecə saat 00:00-da start götürəcək.
OXŞAR XƏBƏRLƏR