"Qarabağın bərpası üçün 1 milyard manat artıq paylanıb" - Millət vəkili hökumətin planlarını açıqladı

"Qarabağın bərpası üçün 1 milyard manat artıq paylanıb" - Millət vəkili hökumətin planlarını açıqladı
SİYASƏT
17:13 03.03.2021
1021

Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinə start verməklə bərabər bölgənin təbii sərvətlərinin, faydalı qazıntılarının və iqtisadiyyata fayda verəcək başqa resurslarının istismarı ilə bağlı da plan hazırlayır.

Məlumdur ki, Qarabağ və ətraf rayonlarda zəngin qızıl, mis, dəmir filizi və s. yataqları, mineral ehtiyatlar var. O cümlədən, çoxşaxəli dağ çayları yeni enerji qaynaqları üçün münbit imkanlar yaradır.

Maraqlıdır, Qarabağda dünyanın trendi olan hansı alternativ enerji proqramları həyata keçiriləcək? Hazırda bölgədə hansı işlər həyata keçirili və prioritetlər nədən ibarətdir?

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov "AzPolitika.info"-nun bu barədə sorğusuna cavab olaraq bildirib ki, Qarabağ alternativ enerji mənbəyinə çevriləcək.

Millət vəkili xatırladır ki, hələ müharibədən əvvəl Azərbaycan bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdu.

Onun sözlərinə görə, iki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib: "Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Qarabağ "yaşıl enerji” zonasıdır. Azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları tikiləcək, orada çox güclü küləklər olur. Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları üçün əlverişlidir, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür".

S. Qurbanov qeyd edib ki, Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib.

Millət vəkili vurğulayıb ki, Qarabağ "yaşıl enerji” zonası elan edilib və bunun üçün ilk növbədə investorları gözləyilər: "Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcək, işğaldan azad olunmuş ərazilərdə günün tələblərinə uyğun infrastruktur inşa olunacaq. Artıq Füzulidə hava limanının tikintisinə başlanıb. Ərazinin minalardan təmizlənməsi yüksək intensivliklə davam etdirilir. Hava limanının uçuş-enmə zolaqları və onun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri istifadəyə veriləcək. Bu aeroport beynəlxalq hava limanı olacaq. Uçuş-enmə zolaqları ən böyük və ağır yük təyyarələri də daxil olmaqla bütün növ laynerləri qəbul edə biləcək. Hava limanından ərazilərin bərpası üçün xaricdən alacağımız yüklərlərin qəbul edilməsi üçün istifadə olunacaq. Eyni zamanda turistlərin Şuşa şəhərinə və ətraf bölgələrə rahat gedib-gəlmələri üçün də hava limanı əlverişli, rahat imkan yaradacaq".

Millət vəkili bildirib ki, ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaq.

O, vurğulayıb ki, dövlət büdcəsindən bu məqsədlə ayrılmış 2,2 milyard manat investisiya başlanğıcıqdır: "Qarabağın bərpası üçün təklif edilmiş layihələrin icrasına təxminən bir milyard manat verilib. Layihələr əsasən infrastrukturun qurulması, bərpasını əhatə edir. Bu, elektrik enerjisi xətlərinin, avtomobil və dəmir yollarının çəkilməsi, ərazilərin minalardan təmizləməsi və s. işlərə aiddir".

Komitə sədri daha sonra qeyd edib ki, işğaldan azad edilmiş bölgələrdə bərpa işləri sistemli və planlı şəkildə aparılacaq.

Onun sözlərinə görə, şəhərlərin və kəndlərin inkişafı planlarının tərtib edilməsinə artıq başlanıb: "Reallaşacaq layihələrdə müasir texnologiyaların geniş tətbiq olunması başlıca məsələdir. "Ağıllı kənd” layihəsi artıq reallaşmaqdadır. Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcək. Cari ilin sonuna qədər onların icrası tam başa çatacaq. Orada təqribən 1000-ə yaxın sakin yerləşdiriləcək. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar".

Millət vəkili belə pilot layihələrin çox olacağını da vurğulayıb: "Bərpa prioritetləri mütləq şəkildə qorunacaq. Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bunu şəraitdən, strateji planlardan asılı olaraq mərhələli şəkildə etmək lazımdır. 30 ildir öz doğma torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Onlar ləyaqətli şərtlərlə ömür sürməyə və dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək heç vaxt unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək heç vaxt unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"
14:59 19.06.2025
Məşhur aktyorun Türkiyə sevgisi: "Ərdoğanın heyranıyam"