“Qarabağ”ın sabiq legioneri: “Nant”la oyun asan olmayacaq”

“Qarabağ”ın sabiq legioneri: “Nant”la oyun asan olmayacaq”
İDMAN
12:51 27.10.2022
450
"Bakıdakı məğlubiyyətə baxmayaraq, "Nant” yaxşı komandadır. Heyətində keyfiyyətli oyunçular var. Düşünürəm ki, "Qarabağ” üçün asan olmayacaq”.

Bunu "Report”a açıqlamasında "Qarabağ”ın sabiq futbolçusu Donald Gerye "köhlən atlar”ın Fransada "Nant”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu barədə danışarkən deyib.

Haitili yarımmüdafiəçi bildirib ki, meydan sahibləri evdə yaxşı təsir bağışlasalar da, Ağdam klubu səfərdən istədiyi nəticə ilə qayıtmaq gücündədir:

"Qarabağ”ın Qurban Qurbanov kimi baş məşqçisi var. İstənilən komandanı dəqiq analiz edib, futbolçularına lazımi tapşırıqları verir. Orada oynayarkən bunun dəfələrlə şahidi olmuşam. Bu baxımdan "Qarabağ”ın səfərdə ən azı heç-heçə edib, pley-offa çıxacağını düşünürəm”.

Hazırda Kiprin "Olimpiakos” (Nikosiya) klubunda çıxış edən 33 yaşlı oyunçu "Qarabağ”ın Avropa Liqasında daha yaxşı nəticələrə imza atacağına inandığını söyləyib:

"Çünki çox yaxşı komandadır. Qurban Qurbanov futbolçularda qələbə mentalitetini formalaşdırıb. Hər oyunda qalib gəlmək istəyirlər. Hesab edirəm ki, qrupdan çıxmaq komandaya əlavə motivasiya verəcək. Hazırda "Qarabağ”ın əla hücum xətti var. Təbii ki, müdafiə və yarımmüdafiəçiləri də unutmaq olmaz. Bir sözlə, komanda ideal vəziyyətdədir. Bunları nəzərə alsaq, mümkün qədər irəliləyə biləcəklərini söyləmək olar. Niyə də olmasın?!”

O, dəqiq proqnoz verməyin çətin olduğunu vurğulayıb:

"Konkret olaraq, hansı mərhələyədək gedəcəklərini demək mümkün deyil. Çünki müasir futbolda gözlənilməz nəticələr çox olur. Sadəcə, onu deyə bilərəm ki, komanda inkişaf etmək üçün çox çalışır. Üstəlik, "Qarabağ”ın Ağdamı təmsil etməsi komandaya sanki əlavə güc verir. Bu, sıradan komanda deyil. Müharibədən əziyyət çəkmiş insanların ümid yeridir. Ona görə də "Qarabağ”ın ölkədə kifayət qədər azarkeş dəstəyi var. Bu komandanın üzvüsənsə, təkcə özün üçün deyil, həm də insanlar üçün oynayırsan”.

Gerye indiyədək "Qarabağ”ın heç bir oyununu buraxmadığını əlavə edib:

"Mən futbolçu kimi məhz bu komandada böyümüşəm. Orada keçirdiyim gözəl anları heç vaxt unuda bilmərəm. Ona görə də "Qarabağ”ın həm avrokuboklardakı, həm də Azərbaycan çempionatındakı bütün matçlarına baxıram”.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant”-"Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
14:37 06.10.2026
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
14:34 06.10.2026
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq