Arzu Bağırova: “Yoxluğunla barışmadıq, sənsiz yaşamağı öyrənməyə çalışırıq”

Arzu Bağırova: “Yoxluğunla barışmadıq, sənsiz yaşamağı öyrənməyə çalışırıq”
SOSİAL
14:39 28.09.2026
931
Mərhum millət vəkili, ictimai xadim Qənirə Paşayevanın vəfatından üç il ötür.

AZXEBER.COM xəbər verir ki, Qənirə Paşayevanın yaxın rəfiqəsi Arzu Bağırova onun vəfatının üçüncü ildönümü ilə bağlı duyğularını bölüşüb.

Arzu Bağırova bildirib ki, 28 sentyabr mənim üçün sadəcə bir tarix deyil:

"Bəzən insan illəri sayır, amma zamanın keçdiyinə inana bilmir. Üç il əvvəl bu gün Qənirə xanımı itirdik. O gündən bəri təqvimdə 28 sentyabr mənim üçün sadəcə bir tarix deyil. Bir insanın yoxluğu necə bu qədər böyük ola bilər, bunu Qənirə xanımdan sonra öyrəndik. Onunla bağlı o qədər söz yazılıb, o qədər gözəl xatirələr danışılıb ki. Amma Qənirə xanım bütün o yazılardan da, söylənən sözlərdən də daha böyük idi. Mənim üçün o, millət vəkili, ictimai xadim, ziyalı olmaqdan əlavə yüksək keyfiyyətlərə malik bir insan idi".

Rəfiqəsi Qənirə Paşayevanın ona verdiyi məsləhətlərdən birini də xatırladıb:

"Bəzən bir söz deyərdi, insanın bütün fikrini dəyişərdi. Mənə ən böyük məsləhətlərindən biri "Heç kimə və heç nəyə reaksiya vermə. Başını aşağı sal, işini gör və faydalı olmağa çalış” idi. Bu sözləri bu gün də özümə tez-tez xatırladıram. Mənim həyatımda çox şeyə Qənirə xanımın toxunuşu var. Bəlkə də bu gün gördüyünüz işlərin bir hissəsində onun imzası görünmür, amma mən bilirəm ki, ruhu var. İnsan dünyasını dəyişəndə onunla bağlı xatirələr qalır deyirlər. Mən isə düşünürəm ki, bəzi insanlar sadəcə xatirəyə çevrilmir. Onlar həyatının içində qalırlar. Sənin danışığında, gördüyün işdə, verdiyin qərarda, kiməsə etdiyin yaxşılıqda yaşayırlar.

Qənirə xanım da mənim üçün belədir. Artıq 3 il keçsə də, amma ürəyin təqvimi yoxdur. Doğmalarının, dostlarının, onu sevən insanların qəlbində yaranan boşluq zamanla dolmur. Sadəcə insan o boşluqla yaşamağı öyrənir. Mən hələ də Qənirə xanımın adını çəkəndə içimdə qəribə bir sükut yaranır. Sanki bir anlıq hər şey dayanır və o günlər, söhbətlərimiz, gülüşlərimiz, planlarımız gözümün qarşısından keçir.

Qənirə Paşayeva ilə yarımçıq qalan söhbətlərdən söz açan Arzu Bağırova bunları deyib:

"Kaş bir dəfə də danışa biləydik. Kaş bir dəfə də "bacı, sən necə məsləhət görürsən?” deyə soruşa biləydim. Kaş bir dəfə də o özünəməxsus gülüşü ilə mənə cavab verəydi. Amma həyatın bizə öyrətdiyi ən acı həqiqətlərdən biri budur: bəzi insanlarla söhbətlərimiz yarımçıq qalır, sevgimiz isə yarımçıq qalmır.

Qənirə xanım, sənin yoxluğunla barışmadıq. Sadəcə sənsiz yaşamağı öyrənməyə çalışırıq.

Səni unutmadıq. Unutmayacağıq da.

Sənin arzularının, gördüyün işlərin, insanlara olan sevginin yaşaması üçün əlimizdən gələn hər şeyi etməyə çalışacağıq. Çünki sən bizə həmişə yaxşılıq etməyin, insanlara toxunmağın və başladığın işi yarımçıq qoymamağın yolunu göstərdin. Bu gün sənin haqqında yazarkən yenə sözlər yetmir.

Ruhun şad olsun, mənim əziz bacım.

Üç ildir yoxsan.

Amma mənim üçün hələ də çox yaxındasan".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub
20:44 12.11.2026
Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub
Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib
20:40 12.11.2026
Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər
20:31 12.11.2026
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir
20:21 12.11.2026
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirilir
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
20:16 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
20:11 12.11.2026
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
20:06 12.11.2026
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
20:00 12.11.2026
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
19:59 12.11.2026
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
19:12 12.11.2026
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
18:46 12.11.2026
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
18:32 12.11.2026
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
18:20 12.11.2026
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
17:45 12.11.2026
Putin Kremldə Trampın xüsusi elçiləri Uitkoff və Kuşneri qəbul edib
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
17:39 12.11.2026
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb
17:21 12.11.2026
İrlandiyanın Baş naziri: Rusiyanın bu müharibəni dayandırmasının vaxtı çoxdan çatıb