Qırğızıstan parlamentində gərginlik yaşanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanda parlament sədri Nurlanbek Şakiyevin sədrliyi ilə keçirilən və paytaxt Bişkekdə havanın çirklənməsinin azaldılması tədbirlərinin müzakirə edildiyi sessiyada gərgin anlar yaşanıb.
Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev təqdimatını rus dilində hazırlayan Qırğızıstanın Təbii Sərvətlər, Ətraf Mühit və Texniki Müfəttişlik naziri Dinara Kutmanovadan qırğız dilində danışmasını istəyib.
Belə ki, sessiyada havanın çirklənməsinin azaldılması istiqamətində görülən tədbirlər haqqında təqdimatla çıxış etmək üçün kürsüyə çıxan Qırğızıstanın təbii sərvətlər naziri Dinara Kutmanova çıxışını rus dilində hazırladığını deyərək təqdimata başlayıb. Lakin vəziyyətə Assambleyanın sədri Nurlanbek Şakiyev müdaxilə edib. Şakiyev Kutmanovadan rus dilində təqdimat hazırlamaq üçün kimdən icazə aldığını, niyə qırğız dilində hazırlamadığını soruşub.
Kutmanovanın "sizdən icazə almışam" cavabına Şəkiyev "Məndən nə vaxt icazə almısınız? İndi görürəm. Qaydalar belədir. Təqdimatı dövlət dilində aparmalısınız", - deyə cavab verib.
Qısa gərginlikdən sonra Kutmanova çıxışını qırğız dilində davam etdirib.
Ayşən