“Ramiz Mehdiyev çox yüksək şəkildə maskalanaraq…” - Deputat

“Ramiz Mehdiyev çox yüksək şəkildə maskalanaraq…” - Deputat
SİYASƏT
11:40 04.12.2025
1175
"Əli Kərimli bir neçə müddət bundan öncə Ramiz Mehdiyev həbs olunanda özünü sığortalamaq üçün hay-küy salırdı ki, məni də həbs edəcəklər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin həbs olunmasına münasibət bildirərkən deyib.

O bildirib ki, bu hadisələr təsadüfi deyil:

"Ramiz Mediyevlə Əli Kərimlinin işbirliyi, hətta konkret əqidə birliyinin kökü, görünür ki, daha əvvəllərə dayanır. Əli Kərimli bir neçə müddət bundan öncə Ramiz Mehdiyev həbs olunanda özünü sığortalamaq üçün hay-küy salırdı ki, məni də həbs edəcəklər. Çünki o, bunu dəqiq bilirdi. Sadəcə çaşqınlıq yaratmaq, sonrakı prosesləri ört-basdır etmək üçün özünün yalandan həbs olunacağını da deyirdi. Ancaq indi konkret faktlar üzrə o həbs olunub. Onların "xaç atası” olan, daima himayədarlıq edən şəxsin Ramiz Mehdiyev olduğuna heç bir şübhə yoxdur. Çünki Ramiz Mehdiyev çox yüksək şəkildə maskalanaraq ona olunan böyük etimadı doğrultmaq əvəzinə  radikal, dağıdıcı müxalifətlə əlbir olaraq zaman-zaman dövləti dağıtmağa, özləri üçün var-dövlət toplamağa səy göstərib”. 

Parlamentari Əli Kərimli ilə Ramiz Mehdiyevi bağlayan dəyərlərə də aydınlıq gətirib:

"Burada birinci növbədə Azərbaycan xalqının milli maraqlarına qarşı yönəlmiş kin-küdurət, xalqın uğurlarını həzm edə bilməmək, öz potensial imkanlarından qat-qat üstün iddialarda olmaq dayanır. Bunları birləşdirən budur, xalqın milli maraqlarının əleyhinə xəbislik, xainlik, kin-küdurət bəsləmək. Eləcə də özlərini dəyərləndirə bilməmək, yayiq olmadıqları arzuya, iddiaya düşmək”.

Deputat qeyd edib ki, Əli Kərimlinin də, Ramiz Mehdiyevin də  ipləri Şimala-Rusiyaya uzanır:

"Əli Kərimlinin də, Ramiz Mehdiyevin də ipləri Şimala-Rusiyaya, Azərbaycanın nailiyyətlərini qəbul etməyən  xarici mərkəzlərə uzanır. Həmin o xarici havadarlarına dəstək olaraq Azərbaycan haqqında zaman-zaman iftiralar, böhtanlar atılmasına şərait yaradıblar. Onların bugünkü taleləri də məlumdur. Hər bir cinayətin bağışlanması var. Ancaq dövlətə qarşı, dövlətçiliyə qarşı, konkret Azərbaycan dövlətini, konstitusion dövlətini devirməyə qarşı yönələn hər bir addım ən qatı şəkildə cəzasını almalıdır. Hesab edirəm ki, Əli Kərimli də, Ramiz Mehdiyev də, onların ətrafında olanlar da öz layiqli cəzalarını alacaqlar. Digər tərəfdən,əlbəttə istintaq, nəticəsində hər bir əməl müəyyənləşəcək və hesab edirəm ki, bu çevrə və dairə tamamilə müəyyən olunacaq”.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı