Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı” sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq - Kürəkəni də...

Ramiz Mehdiyev klanına qarşı “təmizləmə əməliyyatı” sürətlənir, geniş həbslər bu tarixdən başlanacaq - Kürəkəni də...
SİYASƏT
14:44 01.11.2025
1198
Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin ailəsinə və klanına daxil olan şəxslərə qarşı dövlət səviyyəsində aparılan inventarlaşdırma prosesi yeni mərhələyə keçib.

Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva da artıq vəzifədən azad edilib. Belə ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin əmri ilə Q.Mehdiyeva Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub. Musavat.com-un əldə etdiyi məlumatlara görə, son həftələrdə Ramiz Mehdiyevin yaxın çevrəsinə daxil olan şəxslər bir-bir vəzifələrdən çıxarılır, bir qismi isə artıq istintaqa cəlb olunub. Bu proses Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə daha da genişlənib, ciddi xarakter alıb. Mötəbər qaynaqlara görə, Rzayev Mehdiyev klanının təsir dairəsində fəaliyyət göstərirdi.

Yenə həmin mənbələr bildirir ki, Mehdiyev klanına qarşı fəaliyyət göstərən istintaq qrupu artıq geniş dairəni müəyyənləşdirib və ardıcıl ifadələr alınır. Klanın illər ərzində qurduğu təsir mexanizmləri, gizli iqtisadi şəbəkələri və idarəetmə bağlantıları bir-bir ifşa edilir.

Əldə olunan eksklüziv məlumata əsasən, bu istiqamətdə yaxın günlərdə yeni həbslərin həyata keçirilməsi gözlənilir. Daha yüksək səviyyəli, toxunulmaz hesab edilən şəxslərə qarşı tədbirlərin isə 8 Noyabr – Zəfər Gününün 5 illiyi qeyd olunduqdan sonra başlanacağı bildirilir.

Hazırda Mehdiyev ailəsinin vəzifədə qalan son yaxın qohumlarından biri onun oğlu, Fövqəladə Hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyevdir. Mənbələrə görə, o da növbəti mərhələdə vəzifədən azad ediləcək.

Bəlli olduğu kimi, Ramiz Mehdiyev klanının əsas maliyyə koordinatoruluğunu və "beyin mərkəzi” funksiyasını onun kürəkəni, sabiq deputat və iş adamı İlham Əliyev görür. O, ailənin biznes maraqlarını idarə edir, gəlirləri toplayır, bölüşdürür, həmçinin "klan beyni” kimi bütün əlaqələri koordinasiya edir.

Kürəkən İlham Əliyev klanın "qara qutusu” adlandırılır – Mehdiyevin bütün maliyyə və təsir rıçaqları onun əli ilə idarə olunur. Onun jurnalistlərlə kobud davranışları, mediaya təzyiqləri və özünü "toxunulmaz” hesab etməsi bu etimaddan qaynaqlanır. Mehdiyevin kürəkəninin də istintaqa cəlb olunması artıq gündəmdədir. Onun yaxın günlərdə dindirilməsi, hətta həbs olunması istisna edilmir.

Beləliklə, Ramiz Mehdiyev klanına qarşı dövlətin səssiz, amma qətiyyətli təmizləmə əməliyyatı davam edir. İllərlə qurulmuş köklü şəbəkənin addım-addım sökülməsi prosesi gedir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
15:43 05.11.2026
Azərbaycanda 2027-ci ildə bu şəxslərə 1500 manat veriləcək - Deputatdan açıqlama
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
15:38 05.11.2026
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
15:36 05.11.2026
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit!
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR