“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama

“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
MEDIA
12:21 02.11.2026
245
Azərbaycan Respublikası Media və Yayım Şurasının təşəbbüsü ilə 2026-cı ilin noyabr ayında "Rəqəmsal Media Ayı" keçiriləcək.

Bu barədə Şuradan məlumat verilib.

Qeyd olunub ki, "Rəqəmsal Media Ayı"nın əsas məqsədi rəqəmsal media sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi, media savadlılığının artırılması, etibarlı və məsuliyyətli məzmun yaradıcılığının təşviqi, eləcə də gənclərin bu sahədə peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.
Ay ərzində müxtəlif hədəf qruplarını əhatə edən maarifləndirmə proqramlarının, praktiki təlimlərin, şəbəkələşmə görüşlərinin və media kampaniyalarının təşkili nəzərdə tutulur.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət bildirib ki, bu cür maarifləndirici təşəbbüslərin keçirilməsi olduqca vacibdir:

"Çünki bilirik ki, hər kəs onlayn mediadan və rəqəmsal texnologiyalardan peşəkar səviyyədə istifadə edə bilmir. Xüsusilə yaşlı nəslin nümayəndələri, eləcə də kifayət qədər dünyagörüşü və savadı olmayan, müxtəlif sahələrdə çalışdığı üçün bu məsələlərə vaxt ayıra bilməyən insanların rəqəmsal media və texnologiyalardan lazımi səviyyədə yararlanması çətindir. Belə şəraitdə onların köməyinə məhz bu cür maarifləndirmə aylıqları və tədbirləri gəlir. 


Düşünürəm ki, əvvəlki oxşar tədbirlər kimi, bu aylıq da faydalı olacaq. Əvvəllər bu istiqamətdə həftəlik tədbirlər də keçirilirdi və onların müsbət nəticələr verdiyini düşünürəm”.

Ekspert qeyd edib ki, burada əsas məqsəd yeni texnologiyalardan istifadə azadlığını məhdudlaşdırmadan insanların onlardan düzgün yararlanmasına nail olmaqdır:

"Yəni çalışmalıyıq ki, insanlar həm özlərini rahat ifadə edə bilsinlər, həm də onlayn mediadan və rəqəmsal texnologiyalardan istifadə edərkən dələduzların, fırıldaqçıların və digər xoşagəlməz niyyətli şəxslərin qurbanına çevrilməsinlər. Bunun üçün rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını bilmək və məlumatları düzgün qiymətləndirmək də vacibdir”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu sürücülər də imtahan verəcək
14:09 02.11.2026
Azərbaycanda bu sürücülər də imtahan verəcək
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
13:46 02.11.2026
“Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - Deputat
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
13:46 02.11.2026
Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
13:38 02.11.2026
İki ölkədə işləyənlərin pensiyası necə hesablanacaq? – Deputatdan AÇIQLAMA
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
13:36 02.11.2026
Şoyqu: Qərbin müstəmləkə gücləri öz-özünə dağılır
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
13:30 02.11.2026
Krediti olub işsiz qalanlara ŞAD XƏBƏR – Borcu belə ödəyə biləcəklər
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
13:18 02.11.2026
Kreml: Zelenski zəng edərsə, Putin telefonuna cavab verəcək
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
13:14 02.11.2026
Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
12:59 02.11.2026
“Jurnalistlər Ekstremal Şəraitdə” İB-dən REAL TV və APA əməkdaşlarına qarşı təzyiqlərlə bağlı AÇIQLAMA
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
12:48 02.11.2026
Ərdoğan İlham Əliyevi və xalqı Azərbaycan səmasından təbrik etdi - VİDEO
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
12:37 02.11.2026
Özəl məktəblərdə də vahid məktəbli geyimi tətbiq olunacaq? - AÇIQLAMA
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
12:35 02.11.2026
Noyabrda ardıcıl 4 gün iş olmayacaq
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
12:31 02.11.2026
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
12:26 02.11.2026
Paşinyan: Ermənistan TRIPP layihəsinin icrasına faktiki olaraq başlayıb
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
12:21 02.11.2026
“Rəqəmsal Media Ayı" niyə vacibdir? - Əməkdar jurnalistdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR
12:12 02.11.2026
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində “Məhsul bayramı” keçirildi - FOTOLAR