Rusiyada bir gündə 507 nəfər pandemiyanın qurbanı olub

SAĞLAMLIQ
12:00 25.11.2020
509
Rusiyada son bir gündə daha 23 675 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 162 503 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 507 nəfər artaraq 37 538-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 660 419 nəfər sağalıb.

OXŞAR XƏBƏRLƏR