Sabiq deputatdan qalmaqallı açıqlama: “Müəllim uşağı onun xeyrinə görə vurur”

Sabiq deputatdan qalmaqallı açıqlama: “Müəllim uşağı onun xeyrinə görə vurur”
SOSİAL
16:59 15.01.2022
515
Son zamanlar məktəblərdə müəllimlərlə bağlı yayılan videolar hər kəsi narahat edir. Eyni zamanda, bir çoxlarını da düşündürür. Niyə yaxın illərdə yox, məhz son aylarda bu kimi videogörüntülər geniş yayılır? Bəzi müəllimlərin ifadələrinə görə, bu kimi videolar çox vaxt bilərəkdən hazırlanır və çəkilir.

Sabiq deputat, təhsil eksperti Şahlar Əsgərov Modern.az-a açıqlamasında bildirib ki, son illər məktəbdə müəllimlərlə bağlı yayılan videogörüntülər məktəbi, müəllimi hörmətdən salmaq və təhsilin cəmiyyətdə aparıcı roluna kölgə salmaq niyyəti daşıyır.

Onun sözlərinə görə, əks halda məktəbə, təhsilə, müəllimə qarşı bu cür açıq-aşkar təzyiq olmazdı:

"Məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə olan problemlər məktəbdə də var. Bizim məktəbimiz cəmiyyətimizə uyğundur. Amma cəmiyyətin narkomaniya, zərərli vərdişlər, vicdansızlıq kimi problemləri kənarda qaldığı halda, hamı məktəbin üzərinə düşür. Mən buna etirazımı bildirirəm”.

Ekspert qeyd edib ki, qüdrətli Azərbaycan görünür çoxlarında qıcıq yaradıb:

"Çalışırlar ki, Azərbaycan döyən yox, döyülən olsun. Bir az dərinə getsək, Azərbaycanda gedən prosesləri azərbaycanlılar yox, 3-cü, xarici əllər idarə etməyə çalışırlar. Güman edirəm ki, evdə, ailədə olan bəzi nöqsanları qonşudan gizlətdiyimiz kimi, məktəblərdəki hər qüsuru da cəmiyyətə çıxartmalı deyilik”.

Ş.Əsgərov şərəfli qələbədən, zəfərdən sonra belə hücumlara hər sahədə rast gəlinəcəyini söyləyib:

"Cəmiyyəti durultmağa yox, cürütməyə tərəf sürükləyən tərəflər hər sahədə aktivləşəcək. Məktəbə, müəllimə qarşı bu cür hörmətsizlik yaramaz. Müəllim əgər uşağı vurursa, bunu öz xeyrinə edir? Öz övladının sifarişi ilə vurur, ya uşağın anasından qisas alır? Əlbəttə, yox. Uşağın xeyrinə vurur. Bu, tənbehdir və uşağın xeyrinədir. Tənbehdən sonra adətən nə olur? İnsan düz yola qayıdır. Amma indi deyirlər ki, uşaq tənbeh olunmasın və düz yola qayıtmasın”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” (RƏY)
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
15:16 25.06.2026
Rövşən Rzayev 66 yaşlı Aparat rəhbəri ilə bağlı qərar verdi - FOTO
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
15:10 25.06.2026
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
Avropada istidən ölənlərin sayı artdı
14:49 25.06.2026
Avropada istidən ölənlərin sayı artdı
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
14:42 25.06.2026
Kahramanmaraşda faciəvi yanğın: 3 nəfər həyatını itirdi
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
14:40 25.06.2026
Azərbaycanda hərbçilərlə bağlı qərar - Prezident təsdiqlədi
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
14:38 25.06.2026
Mütəxəssislər xəbərdarlıq edir: Skoliozun ən kritik dövrü bu yaş arasıdır
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
14:36 25.06.2026
Azərbaycanda Rəqəmsal İstehlak Vərdişləri və Mobil Mikro Maliyyələşmə
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu
14:20 25.06.2026
Həşəratların hücumuna məruz qalan aktyor xəstəxanalıq oldu