"İlk 10 dəqiqədə..." - Şagird yerdəyişmə sistemi buna görə çökübmüş

"İlk 10 dəqiqədə..." - Şagird yerdəyişmə sistemi buna görə çökübmüş
SOSİAL
00:20 21.08.2026
284
MÜTDA şagird yerdəyişməsi sistemindəki vəziyyətə aydınlıq gətirib.

AZXEBER.COM xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektronun müdiri Zenfira Sevdimalıyeva eyni anda çoxsaylı müraciətlərin daxil olması səbəbilə portala girişdə qısamüddətli yüklənmə müşahidə olunduğunu bildirib:

"Texniki heyət tərəfindən müdaxilə edilib və sistemin sabit, fasiləsiz fəaliyyətinin təmin olunması üçün zəruri tədbirlər görülüb.

Hazırda sistem aktivdir. Qeyd edim ki, sistemin açıldığı ilk 10 dəqiqədə artıq 3000-ə yaxın müraciət qeydə alınıb”.
OXŞAR XƏBƏRLƏR