Sahil Babayev gənclərlə onlayn görüş keçirdi

Sahil Babayev gənclərlə onlayn görüş keçirdi
GƏNCLİK
18:39 25.08.2020
1292

"Pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, Azərbaycan COVİD-19-la bağlı çoxistiqamətli dəstək tədbirləri ilə bərabər, sosial proqramlarını hətta rekord həddə genişləndirdi. Xüsusilə də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial sahədə elektron texnologiyalar üzərində yaradılan innovativ yeniliklərin, proaktiv xidmətlərin bu dövrdə mühüm önəminin şahidi olduq. Bu isə dövlət sosial xidmətlərində innovativ həllərin daha geniş tətbiqini qarşıdakı dövr üçün əsas prioritet kimi müəyyən etməyə əsas verir”.


AZXEBER.COM xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin 2019-cu ildən həyata keçirdiyi "Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə onlayn görüşü zamanı vurğulayıb.


S.Babayev Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi sosial inkişaf kursunun uğurlarından bəhs edib. Müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf yoluna çıxarılması kimi şərəfli tarixi vəzifəni yüksək səviyyədə yerinə yetirən Ulu öndərin eyni zamanda Azərbaycanda güclü sosial siyasətin, sosial sahədə geniş miqyaslı islahatların əsaslarının formalaşması naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb.


Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətlərini qeyd edən nazir ölkəmizdə aparılan siyasətin ana xəttinin vətəndaş rifahının təminatı olduğunu vurğulayıb. O, ötən il 4,2 milyon insanın rifahına dəstək olan inqilabi sosial paketlər, sosial ödənişlərin əhəmiyyətli dərəcədə, bir sıra istqiamətlərdə iki dəfə artırıldığı, bu il təqribən 5 milyon insanı əhatə edən sosial dəstək tədbirləri barədə məlumat verib. Bildirib ki, təkcə bu ilin 7 ayında 2 milyon 571 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım olaraq 3 mlrd. 349 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 26,76 faiz çox və ya 707 milyon manat çoxdur.

 

Pandemiya dövründə daha bir sosial dəstək olan birdəfəlik ödəmə proqramı kimi işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə ümumilikdə 333 milyon manat ödənilib.


S.Babayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsindən bəhs edib. Əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və s. istiqamətlərdə 132 növdə xidmətin innovativ həllərin tətbiqi üzərində "bir pəncərə”dən, şəffaf və opeartiv şəkildə təqdim edildiyi "DOST” mərkəzləri şəbəkəsinin genişləndirilməsi işlərini diqqətə çatdırıb. Nazirliyin "e-sosial” portalı, "Məşğulluq” altsistemi, əhaliyə xidmətlərin e-infrastrukturunun qurulması, 2019-cu ildə 21 sosial təminat növünün təyinatının elektronlaşdırıldığı, 13 növ e-arayış xidməti yaradılmaqla bu xidmətlərin sayının 15-ə çatdırıldığı barədə məlumat verib. Yeni proaktiv xidmətlərin yaradılması üçün aparılan işləri, nazirlik üzrə 132 xidmətdən 90-nın tam elektronlaşdırılacağını, "Əmək münasibətləri və məşğulluq” altsistemi hazırlandığını və s. diqqətə çatdırıb.


O, əmək bazarı ilə bağlı aparılan islahatları, aktiv məşğulluq tədbirlərini, qeyri-formal məşğulluğun qarşısının alınması üçün görülən kompleks işləri, onların müsbət nəticələrini, əmək haqqı fondundakı artımı qeyd edib. Reabilitasiya və sosial xidmət, peşə hazırlığı infrastrukturunun yenilənməsi və bölgələr üzrə genişləndirilməsi üçün atılan addımlardan bəhs edib.


S.Babayev gəncləri maraqlandıran sualları da cavablandırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
21:13 23.08.2026
Prezident: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
21:11 23.08.2026
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
21:02 23.08.2026
İlham Əliyev Özbəkistanda "Yeni Daşkənd" layihəsi ilə tanış olub - VİDEO
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
20:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan sənədlərinin imzalanma və mübadiləsi mərasimi olub - VİDEO
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
20:34 23.08.2026
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
20:24 23.08.2026
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
Azərbaycan və Özbəkistan liderləri Nizami Gəncəvinin adını daşıyan universitetin tələbələri ilə görüşüblər - VİDEO
20:14 23.08.2026
Azərbaycan və Özbəkistan liderləri Nizami Gəncəvinin adını daşıyan universitetin tələbələri ilə görüşüblər - VİDEO
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
20:05 23.08.2026
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
20:04 23.08.2026
Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib - VİDEO
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
19:53 23.08.2026
Müttəfiqlikdən nəsillərüstü dostluğa - Azərbaycan-Özbəkistan münasibətlərində əbədi mərhələ
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
19:30 23.08.2026
Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
19:06 23.08.2026
Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son beş ildə 3 dəfə artıb
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
19:00 23.08.2026
Prezidentlərin təltifolunma mərasimi keçirilib - FOTOLAR
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
Manuel Noyer TARİX YAZDI
18:48 23.08.2026
Manuel Noyer TARİX YAZDI
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
18:44 23.08.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi