Səhər yeməyi yeməyənlər üçün 5 TƏHLÜKƏ

Səhər yeməyi yeməyənlər üçün 5 TƏHLÜKƏ
SAĞLAMLIQ
20:02 23.02.2020
3809

Araşdırmalar göstərir ki, yuxudan oyandıqdan sonrakı 1 saat ərzində mütləq səhər yeməyi yemək lazımdır. Çünki orqanizm 10-12 saatdan çox ac qaldıqda bir sıra sağlamlıq problemləri baş verə bilər. Səhər yeməyi bədənə enerji verir, gün ərzində özünüzü gümrah hiss etməyinizə səbəb olur.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, səhər yeməyinin orqanizm üçün əsas 5 faydası var: 

İdeal çəkidə qalmağı təmin edir

Əgər gün ərzində xərclədiyimiz enerji miqdarı qəbul etdiyimiz kaloridən çox olarsa, arıqlamağa başlayarıq. Ona görə də insanların çoxu gün ərzində aldıqları kalori miqdarını azaltmaq məqsədi ilə səhər yeməyindən imtina edirlər. Ancaq bu tamamilə səhv addımdır. Çünki səhər yeməyi yeməyənlər gün ərzində özlərini halsız hiss etdikləri üçün hərəkət etməyə meylli olmurlar. Bu da onların daha az kalori xərcləmələri ilə nəticələnir. Üstəlik uzun müddət ac qalan orqanizm günorta və axşam yeməyində yeyilən bütün qidaları yağa çevirərək ehtiyat toplayır. Bu da kökəlməyə səbəb olur.
 
İnfarkt riskini azaldır

Harvard Universitetinin alimləri tərəfindən aparılan araşdırmalar səhər yeməyi yeməyənlərin infarkt keçirmək və ürək xəstəliklərinə yaxalanmaq riskinin daha yüksək olduğunu ortaya çıxarıb. Araşdırmanın nəticəsinə görə, səhər yeməyi yeyənlərdə infarkt riski 27 faizə qədər azalır. Tədqiqatçılar səhər yeməyindən imtina etdikdə qan təzyiqinin və qandakı şəkər səviyyəsinin tarazlığının pozulduğunu və buna görə də infarkt riskinin artdığını vurğulayırlar.
 
Yaddaşı gücləndirir

Tədqiqatlar göstərir ki, səhər yeməyi yeyənlərdə diqqət artır, yaddaş güclənir. Səhər yeməyi orqanizmi beyin üçün lazımlı enerji ilə təmin etdiyi üçün insanın öyrənmə qabiliyyəti artır.
 
Şəkər xəstəliyinin qarşısını alır

2013-cü ildə aparılan araşdırma sübut edib ki, səhər yeməyi yeyənlərin şəkər xəstəliyinə yaxalanma riski azalır. 46 min 289 qadının iştirak etdiyi araşdırma zamanı məlum olub ki, səhər yeməyindən imtina edənlərdə qlikozanın və insulinin nisbəti pozulduğu üçün şəkər xəstəliyinə meyillilik yaranır.
 
Tox saxlayır

Səhər yeməyi yeyənlər gün ərzində daha az kalori qəbul edirlər. Səhər yeməyi tox saxladığı üçün günorta vaxtı az yeyir və qəlyanaltılarda şirniyyat yemək ehtiyacı azalır.
 
Qeyd edək ki, bütün bu dediklərimiz sağlam qidalardan təşkil edilmiş səhər yeməyi üçün keçərlidir. Səhər yeməyində şirniyyat və yağlı qidalar yeməkdən çəkinin. Onun əvəzinə bütöv dənli undan hazırlanmış çörək, pendir, yumurta, pomidor, xiyar, zeytun və qoz yeyə bilərsiniz. Əgər işə tələsirsinizsə və səhər yeməyi hazırlamağa vaxtınız yoxdursa,  1 stəkan südü 1 neçə qaşıq müsli ilə qarışdırıb yeyin. Yanında isə 1 ədəd meyvə yeməyi unutmayın.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO