Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA

Sertifikasiyada bu müəllimlərin nəticələri ləğv olunacaq - QAYDA
SOSİAL
21:40 07.05.2026
755
Təhsilverənlərin sertifikatlaşdırılması ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsilli müəllimlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçirilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2026-cı ildə sertifikasiya prosesi 17-25 iyun tarixində keçiriləcək. Bununla da ümumi sertifikatlaşdırmaya cəlb edilən müəllimlırin sayı 100 mini ötəcək.

Bu il ilk dəfə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə müəllimlər sertifikasiya imtahanlarına cəlb olunacaqlar. Bu fənlər istisna olmaqla digər fənn müəllimləri artıq sertifikasiya prosesində iştirak etdikləri üçün proses barədə məlumatlıdırlar.

AZXEBER.COM xəbər verir ki, AzEdu.az "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsaslanaraq, sertifikatlaşdırma prosesi ilə bağlı bir sıra suallara və mühüm mərhələlərə aydınlıq gətirib.

Şəxsi kabinet necə aktivləşdirilir?

Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri altsistemdə sertifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatını aparır və həmin təhsilverənlərin müəyyənləşdirilmiş vaxtda sertifikatlaşdırmada iştirakını təmin edirlər.

Qeydiyyatdan keçmiş hər bir təhsilverən üçün altsistemdə "Şəxsi kabinet” yaradılır və giriş şifrəsi onların mobil telefonuna və ya elektron poçtuna göndərilir.

İmtahanın vaxtı və yeri nə vaxt əvvəlcədən bildirilir?

İmtahanın vaxtı, yeri və yaddaş kitabçası təhsilverənlərə məhz "Şəxsi kabinet” vasitəsilə təqdim olunur. Sertifikatlaşdırmanın keçirilməsinə ən azı 1 ay qalmış onun vaxtı və yeri barədə bildiriş təhsilverənin "Şəxsi kabinet”inə göndərilir.

Xüsusi kateqoriyaya aid müəllimlər məlumatı necə əldə edir?

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə məlumatlar təhsil müəssisələri tərəfindən birbaşa və şəxsi qaydada təqdim olunur.

İmtahan zamanı hansı qaydalar pozula bilməz?

Təhsilverənlər sertifikatlaşdırmaya yalnız şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra buraxılır. Sertifikatlaşdırma zamanı qadağan olunan hərəkətlər və icazə verilməyən əşyaların siyahısı Sertifikatlaşdırma Şurası tərəfindən təsdiq olunur və yaddaş kitabçasına daxil edilir.

Əgər təhsilverən qaydaları pozarsa, akt tərtib edilir və o, imtahandan kənarlaşdırılır. Eyni zamanda tələblərin pozulması halları sertifikatlaşdırma başa çatdıqdan sonra videomüşahidə kameralarının məlumatları əsasında aşkar edilərsə, həmin təhsilverənin sertifikatlaşdırma nəticələri Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilir.

Sertifikasiya imtahanında qiymətləndirmə necə aparılır?

Sertifikasiya iki mərhələdən - test və müsahibə mərhələsindən ibarətdir. Test mərhələsində hər bir suala düzgün cavab 1 balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Test mərhələsinin nəticələri avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə hesablanır və imtahan başa çatdıqdan dərhal sonra təhsilverənə elan edilir.

Test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid ümumilikdə 60 sual təqdim olunur.

Sertifikatlaşdırmanın test mərhələsində 60 baldan azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsi maksimum 40 balla qiymətləndirilir və 20 bal toplayan təhsilverənlər həmin mərhələni keçmiş hesab olunurlar.

Qedy edək ki, üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya uğur qazana bilməyən müəllimlərə 1 il ərzində iş yeri saxlanılmaqla təkrar iştirak hüququ verilir. Təkrar sertifikatlaşdırmada da keçid balını toplamayan müəllimlər sertifikasiyadan keçməmiş hesab olunur və Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə uyğun olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas hesab olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İliyana Yotova prezident seçkilərində liderlik edir
05:48 02.11.2026
İliyana Yotova prezident seçkilərində liderlik edir
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
05:36 02.11.2026
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
05:23 02.11.2026
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
05:12 02.11.2026
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
05:00 02.11.2026
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
04:53 02.11.2026
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
04:40 02.11.2026
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
04:28 02.11.2026
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
04:18 02.11.2026
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
"Formula 1" tarixinin ən gənc çempionu oldu
04:08 02.11.2026
"Formula 1" tarixinin ən gənc çempionu oldu
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
03:58 02.11.2026
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
03:48 02.11.2026
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
03:38 02.11.2026
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
03:28 02.11.2026
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
03:18 02.11.2026
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
03:08 02.11.2026
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın