25 yaşlı cinah oyunçusu həm müdafiənin, həm də yarımmüdafiənin soluna oynamağı bacarır. Vətənində “Belenenseş”, “Benfika”, “Barreyrense”, “Kasa Pia” klublarında oynamış Simao 2007-ci ildən legioner həyatı yaşayır. O, Rumıniyada UTA (Arad), “Dinamo” klublarında oynadıqdan sonra Slovakiyanın “Slovan” klubuna keçib. Simao ötən mövsümü Rumıniyanın “Astra Ploeşti” klubunda başa vurub.