Sosial mediadan asılı olmaq bunlara səbəb olur

Sosial mediadan asılı olmaq bunlara səbəb olur
DÜNYA
12:11 08.08.2024
264
Türkiyədə İnstaqrama qoyulan məhdudiyyətdən sonra bəzi istifadəçilərin reaksiyaları sosial media asılılığının nə qədər ciddiləşdiyini ortaya çıxarıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 20 ildir intensiv olaraq həyatımıza daxil olan sosial medianın cəmiyyəti hara aparacağı maraq doğurur.
 
İnstaqramın bağlanması sosial media istifadəsi ilə müzakirələrin artmasına səbəb olub. Qaldıqları otellə bağlı paylaşım edə bilmədiyi üçün tətilini ləğv edənlər, sosial mediadan uzaqda depressiyaya düşənlərin vəziyyəti sosial media asılılığını gündəmə gətirib.
 
Prof. Dr. Doğan Şahin internet asılılığı və onun həlli yollarından danışıb. İnternet asılılığını internetdən həddindən artıq və nəzarətsiz istifadə nəticəsində fərdlərin gündəlik həyat fəaliyyətlərini və vəzifələrini yerinə yetirməkdə çətinlik çəkməsi kimi qiymətləndirən Prof. Dr. Şahin öz açıqlamasında sosial mediadan bağlılıq əlamətlərini sadalayıb:

"Bağlılıq əlamətləri:
⦁ İnternetdən istifadəyə nəzarət edə bilməmək: İnternetdə sərf olunan vaxta nəzarət edə bilməmək və planlaşdırılandan çox vaxt sərf etmək.
⦁ Çıxış simptomları: İnternetə çıxış məhdudlaşdırıldıqda narahatlıq və ya depressiya kimi simptomların yaşanması.
⦁ Funksionallığın pozulması: İnternetdən istifadə səbəbindən sosial, akademik və ya peşəkar vəzifələri yerinə yetirə bilməmək.
⦁ Digər mövzulara marağın itməsi: İnternetdən başqa fəaliyyətlərə marağın itirilməsi və ya azalması.
⦁ İnternetdən qaçış vasitəsi kimi istifadə: Problemlərdən, stressdən və ya mənfi emosiyalardan qaçmaq üçün internetdən istifadə etmək meyli.
⦁ Mənfi təsirlərin davamlılığı: İnternetdən istifadənin mənfi təsirlərini dərk etməsinə baxmayaraq bu davranışı davam etdirmək.
 
Ən çox kimdə rast gəlinir:
⦁ Gənclər və yeniyetmələr: Gənclər sosial əlaqə, oyun oynamaq və məlumat əldə etmək üçün internetdən geniş istifadə edirlər.
⦁ Stressli həyatı olanlar: İş və ya məktəb stressi, sosial təzyiqlər və ya şəxsi problemlərlə öhdəsindən gəlməyə çalışan fərdlər qaçış vasitəsi olaraq internetdən istifadə edə bilər.
⦁ Sosial izolyasiyaya meylli insanlar: Asanlıqla əlaqə qura bilməyən insanlar, xüsusən virtual mühitdə daha asan olduğu üçün virtual əlaqələrə aludəçilik yarada bilər.
⦁ Güvənsiz insanlar: Sosial media platformaları onlara fərqli şəxsiyyətlər və rollar almağa imkan verdiyi üçün, özünə hörməti aşağı olan şəxsləri daha inamlı hiss etdirə bilər".
 
Oksana

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
15:35 31.07.2026
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
15:30 31.07.2026
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı