Tovuzda ildırım evi vurdu, yanğın baş verdi - Xəsarət alanlar var
Tovuzda fərdi evdə yanğın olub, 10 nəfər tüstüdən zəhərlənib.
AZZEBER.COM xəbər verir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.
Ehtimala görə ildırım çaxmasından sonra kənd sakini İlham Əhmədova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində naqillərdə qısa qapanma baş verib və yanğın başlayıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb.
Əraziyə cəlb olunan Fövqəl...