ÜST COVID-19-a qarşı peyvəndin 3-cü dozasına ehtiyacı olan qrupları açıqladı

SAĞLAMLIQ
08:51 12.10.2021
227
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhətçi Qrupu koronavirusa qarşı peyvəndinin üçüncü dozasına ehtiyacı olan bir qrup şəxsin adını açıqlayıb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə The New York Times qəzeti xəbər verib.

Xüsusilə, immuniteti zəif olan insanlar üçün COVID-19- qarşı əlavə dərman dozası tövsiyə olunur. Bu tövsiyə Pfizer-BioNTech, Moderna, AstraZeneca, Covishield, Johnson & Johnson, Sinopharm və Sinovac vaksinləri vurduran hər kəsə aiddir.

Bundan əlavə, Çin vaksinləri olan Sinovac və ya Sinopharm ilə peyvənd olunan 60 yaşdan yuxarı insanların üçüncü dozası ilə peyvənd olunması məsləhət görülüb.

OXŞAR XƏBƏRLƏR