ÜST həyəcan təbili çaldı: “Daha bir “qasırğa” yaxınlaşır”

ÜST həyəcan təbili çaldı: “Daha bir “qasırğa” yaxınlaşır”
SAĞLAMLIQ
19:45 23.12.2021
771
Daha bir "qasırğa" yaxınlaşır.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional Bürosunun rəhbəri Hans Kluge Milad bayramları öncəsi epidemik vəziyyəti təsvir edərkən deyib. Onun sözlərinə görə, Danimarkada "Omikron" ştammı dominant olub, Fransada isə aşkar edilmiş koronavirus infeksiyalarının beşdə birini təşkil edir.

"Gələcək həftələrdə "Omikron" Avropa ölkələrinin əksəriyyətində üstünlük təşkil edəcək. Bu isə onsuz da həddindən artıq yüklənmiş səhiyyə sisteminin işini daha da ağırlaşdıracaq", - deyə Hans Kluge bildirib.

Qeyd edək ki, getdikcə daha çox dövlət yeni məhdudiyyətlər tətbiq edir və sanitar keçidləri sərtləşdirir.

Portuqaliyada barlar və diskotekalar iki həftəlik bağlanır, uzaqdan iş, mədəni və idman tədbirlərində iştirak üçün PCR testləri məcburiləşib. Mağazalarda müştərilərin maksimum sayı müəyyən edilir.

Dekabrın 21-də İspaniya yoluxma ilə bağlı anti-rekordunu təzələyib: bir sutkada 49 823 hadisə. Barselona rəhbərliyi dekabrın 24-dən komendant saatı tətbiq etmək niyyətindədir.

Fransa hökuməti ölkədə peyvənd keçidlərinin tətbiqi üçün qanun layihəsinin hazırlanmasını sürətləndirir. Onlar sanitar keçidlərini əvəz edəcək və PCR testlərinin nəticələrini nəzərə almayacaq.

Almaniyada dekabrın 28-dən etibarən bütün idman tədbirləri qapalı qapılar arxasında keçiriləcək. Kansler Olaf Şolz həmyerlilərini Milad və Yeni il tədbirləri üçün 10-dan çox adam toplamamağa çağırıb.

Böyük Britaniya isə qonşularından fərqli olaraq, sərt məhdudiyyətlər tətbiq etməmək qərarına gəlib. Boris Conson bunun üçün kifayət qədər səbəb olmadığını deyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əfv Sərəncamının icrasına başlanılır
14:31 23.09.2026
Əfv Sərəncamının icrasına başlanılır
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
14:29 23.09.2026
Maaşlar artdıqca qiymətlər də bahalaşır – Gələcəkdə vətəndaşları nə gözləyir?
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
14:16 23.09.2026
“Sən Alimsən axı, sən də Üzeyir... ” - Gündəm olan duetə sözardı
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
14:08 23.09.2026
Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
14:06 23.09.2026
“Daha çox izlənmək istəyirsinizsə...” – Osman Gündüz
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
13:58 23.09.2026
Bu şəxslərə 6000 manat birdəfəlik müavinət verilir - RƏSMİ
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
13:50 23.09.2026
Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
13:36 23.09.2026
Hacıbəy Heydərli: “Süni intellekt medianın gələcəyini dəyişdirən mühüm vasitədir”
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
13:27 23.09.2026
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
13:12 23.09.2026
Bakı-Sumqayıt yolunda dəhşətli qəza - Ölən və yaralananlar var
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
13:11 23.09.2026
İndoneziyada gəmi faciəsi: Ölənlərin sayı artdı
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
12:45 23.09.2026
Bakıda skuterdən yıxılan 42 yaşlı kişi öldü
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
12:39 23.09.2026
“Mən səndən yaxşı geyinmişəm” – Məktəblərdəki geyim fərqinin TƏSİRLƏRİ
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
12:39 23.09.2026
Azərbaycanla bu ölkə arasında viza ləğv edilir
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
12:36 23.09.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı
12:33 23.09.2026
Bərdədə avtomat silah və patronlar aşkarlandı - şübhəli saxlanıldı