Sumqayıtda oğurluq edən şəxs saxlanılıb

Sumqayıtda oğurluq edən şəxs saxlanılıb
KRİMİNAL
14:45 15.06.2026
214
Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı R.Quliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun bundan əvvəl də bir nəfərə məxsus planşeti oğurladığı məlum olub
Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR