Taleh Kazımovdan qərar: Bu avtomobillərin kreditlə ilkin ödənişi 10-20 faiz olacaq

Taleh Kazımovdan qərar: Bu avtomobillərin kreditlə ilkin ödənişi 10-20 faiz olacaq
İQTİSADİYYAT
14:40 03.08.2022
1086
Elektromobilin dəyərinin 90%-ni, hibrid avtomobilin dəyərinin isə 80%-ni kreditlə ödəmək mümkün oldu.

Mərkəzi Bankın sədri Taleh Kazımov "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nı təsdiq edib. Qaydalara görə, yeni elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10%, hibrid mühərrikli avtomobil alınan zaman isə 20% olacaq. Ənənəvi yanacaqlar ilə çalışan yeni avtomobill alınan zaman isə ilkin ödəniş 40% olaraq saxlanılır.

Qayda ilə bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarları müəyyən edilib. Avtomobil krediti ayrılan zaman kreditin təminata olan nisbəti (KTN əmsalı) tətbiq ediləcək. KTN əmsalı - kreditin ümumi məbləğinin (kredit müqaviləsi üzrə əsas borc və hesablanacaq faizlər) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalıdır. Avtomobil kreditlərində KTN əmsalının hesablanmasında kredit üzrə yalnız əsas borc nəzərə alınır.

Qaydaya görə, bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı (ayrılacaq kreditin nisbəti) aşağıdakılardan artıq olmamalıdır:

- qiymətindən asılı olmayaraq elektrik mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 3 il və ya ondan az olduqda - KTN əmsalı (ayrılacaq kreditin nisbəti) 90%, 3 ildən çox olduqda isə – KTN əmsalı 60%;

- qiymətindən asılı olmayaraq hibrid mühərrikli avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və ya ondan az olduqda – KTN əmsalı 80%, 1 ildən çox və 3 il və ya ondan az olduqda – KTN əmsalı 60%, 3 ildən çox olduqda isə – KTN əmsalı 50%;

- Digər (yuxarıdakı iki bəndə aid olmayan) avtomobil nəqliyyatı vasitələri üzrə kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi 1 il və ya ondan az olduqda – KTN əmsalı 60%, 1 ildən çox və 3 il və ya ondan az olduqda – KTN əmsalı 50%, 3 ildən çox olduqda isə – KTN əmsalı 40%.

Yeni Qayda qüvvəyə minənədək bankın bir borcalanının avtomobil krediti üzrə kredit riskinin maksimum miqdarı aşağıdakı kimi müəyyən olunmuşdu:

-kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manatdan artıq olduqda KTN əmsalı 60%-dən çox olmamalıdır;

-kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir il və bir ildən az olan avtomobil nəqliyyatı vasitəsinin qiyməti 30 (otuz) min manat və ya ondan az olduqda KTN əmsalı 50%-dən çox olmamalıdır;

- avtomobil nəqliyyatı vasitəsinin qiymətindən asılı olmayaraq kreditin rəsmiləşdirilməsi anında istehsal tarixi bir ildən çox olan avtomobil nəqliyyatı vasitələri üzrə KTN əmsalı 20%-dən çox olmamalıdır.

Beləliklə, Qaydalar elektrik mühərrikli və hibrid mühərrikli avtomobillər üzrə də kreditin rəsmiləşdirilməsi şərtlərini müəyyən edir. Belə ki, elektrik mühərrikli avtomobilin yaşı 3 il və ya ondan az olduqda kreditlə alış zamanı ilkin ödəniş minimum 10%, 3 ildən çox olduqda isə ilkin ödəniş minimum 40% təşkil edəcəkdir. Hibrid mühərrikli avtomobillər üzrə minimal ilkin ödəniş nəqliyyat vasitəsinin yaşı 1 il və ya ondan az olduqda 20%, 1-3 il olduqda 40%, 3 ildən çox olduqda isə 50% olacaqdır.

Elektrikli və hibrid olmayan avtomobillər üzrə minimal ilkin ödəniş onun yaşı 1 il və ya ondan az olduqda 40%, 1-3 il olduqda 50%, 3 ildən çox olduqda isə 60% müəyyən olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb