"TOGG" yeni modelini təqdim etməyə hazırlaşır

"TOGG" yeni modelini təqdim etməyə hazırlaşır
DÜNYA
12:30 25.06.2025
596
Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2018-ci il iyunun 25-də qurulan yerli avtomobil markası TOGG bu gün 7 yaşını tamamlayır.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, şirkət, ilk modeli olan T10X-dən sonra ikinci avtomobili – T10F modelini bu yay satışa çıxarmağı planlaşdırır.

T10F modeli daha idman üslublu və elektriklidir. Avtomobil 600 kilometrə qədər məsafə qət edə bilir və süni intellekt sistemləri ilə təchiz olunub. İlk dəfə yanvarda Las Veqasda keçirilən CES sərgisində təqdim olunub.

TOGG-un istehsal mərkəzi Bursa vilayətinin Gemlik bölgəsində yerləşir. Burada avtomobillərin batareyaları da yerli ortaqlıqla istehsal olunur. Avtomobilin yerlilik payı 75 faizədək çatıb.

TOGG-un Trugo adlı şarj şəbəkəsi isə artıq Türkiyənin 81 vilayətində fəaliyyət göstərir. Ölkə üzrə 1000-dən çox sürətli şarj cihazı quraşdırılıb.

TOGG, eyni zamanda Avropa bazarına çıxmağa hazırlaşır. T10X modelinin bu ilin sonunda Avropada satışa çıxarılması planlaşdırılır. 2026-cı ildən isə T10F modeli də ixrac olunacaq.

Şirkət, satışlarda da uğur qazanır. 2024-cü ilin may ayında 3.678 T10X satılıb və TOGG elektrikli avtomobil bazarında lider olub. İlin əvvəlindən bəri 14 minə yaxın avtomobil satılıb və ümumi satış sayı 65 minə çatıb.
 
Oksana


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qazaxda avtoqəza olub, ölənlər var
20:16 18.11.2026
Qazaxda avtoqəza olub, ölənlər var
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib
20:10 18.11.2026
Azərbaycanla ABŞ arasında TRIPP layihəsi müzakirə edilib
CHP-nin qurultay işi üzrə məhkəmə qərarı açıqlanıb
20:04 18.11.2026
CHP-nin qurultay işi üzrə məhkəmə qərarı açıqlanıb
Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib
20:00 18.11.2026
Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib
"Arsenal" Yurrien Timberlə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib
19:36 18.11.2026
"Arsenal" Yurrien Timberlə müqavilə müddətinin uzadılması barədə razılığa gəlib
“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb
19:25 18.11.2026
“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb
İran ordusu ABŞ-yə məxsus MQ-9 PUA-sını vurduğunu bildirir
19:11 18.11.2026
İran ordusu ABŞ-yə məxsus MQ-9 PUA-sını vurduğunu bildirir
Ukrayna Krasnodarda neft emalı zavodlarına zərbə endirib
18:51 18.11.2026
Ukrayna Krasnodarda neft emalı zavodlarına zərbə endirib
Almaniyanın xarici işlər naziri Azərbaycandakı dini konfessiyaların nümayəndələri ilə görüşüb - FOTO
18:48 18.11.2026
Almaniyanın xarici işlər naziri Azərbaycandakı dini konfessiyaların nümayəndələri ilə görüşüb - FOTO
Respublika Fənn Olimpiadalarında iştirak üçün son 1 gün!
18:40 18.11.2026
Respublika Fənn Olimpiadalarında iştirak üçün son 1 gün!
Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib
18:24 18.11.2026
Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib
Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
18:11 18.11.2026
Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq
DİN 104 kq narkotik və 8 min narkotik tərkibli həbi dövriyyədən çıxarıb - VİDEO
17:51 18.11.2026
DİN 104 kq narkotik və 8 min narkotik tərkibli həbi dövriyyədən çıxarıb - VİDEO
Maaş çoxdur, pul çatmır - Avropada bahalı həyatın görünməyən üzü açıldı
17:44 18.11.2026
Maaş çoxdur, pul çatmır - Avropada bahalı həyatın görünməyən üzü açıldı
Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam
17:35 18.11.2026
Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam
Fransa İrana qarşı təzyiqləri artırır - Avropa müharibəyə qoşulacaq?
17:29 18.11.2026
Fransa İrana qarşı təzyiqləri artırır - Avropa müharibəyə qoşulacaq?