Bu barədə o, "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Tramp bildirib ki, İran rəsmiləri bir tərəfdən yaxın vaxtlarda danışıqların davam etdirilməsi üçün görüş istədiklərini deyir, digər tərəfdən isə ictimai şəkildə heç bir müzakirənin aparılmadığını və yalnız Omanla əlaqə saxladıqlarını iddia edirlər.
ABŞ Prezidenti, həmçinin Hörmüz boğazının artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu və Vaşinqtonun tətbiq etdiyi blokadanı "ABŞ-ın polad divarı” adlandırıb. Onun sözlərinə görə, razılaşma əldə olunmayınca və ya İran tam təslim olmayınca ölkəyə heç nə daxil olmayacaq və ölkədən heç nə çıxmayacaq.












































