"Türk Dövlətləri Təşkilatı bu gün böyük və vahid bir gücə çevrilməkdədir” - Deputat

"Türk Dövlətləri Təşkilatı bu gün böyük və vahid bir gücə çevrilməkdədir” - Deputat
SİYASƏT
14:39 28.11.2025
597
Xəbər verdiyimiz kimi, 27 noyabr 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilib. Forum çərçivəsində üzv və müşahidəçi ölkələrin media nümayəndələri bir araya gələrək informasiya mübadiləsi, media əməkdaşlığının inkişafı, dezinformasiya ilə mübarizə və ortaq media layihələrinin hazırlanması məsələlərini müzakirə ediblər. 

Milli Məclisin deputatı Tahir Rzayev mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasımda deyib ki, son illər Türk Dövlətləri Təşkilatının fəaliyyəti xeyli genişlənib:

"Türk Dövlətləri Təşkilatının fəaliyyəti xeyli genişlənib. Bir çox təşkilati tədbirlər həyata keçirilib və bu ölkələrin daimi görüşləri, forumlar və sammitlər türk dilli dövlətlərin daha sıx əməkdaşlığına, əlaqələrin möhkəmlənməsinə zəmin yaradır. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan və təşkilatlandırılan Türk Dövlətləri Təşkilatı bu gün böyük gücə və vahid bir orqana çevrilməkdədir”.

Parlamentari qeyd edib ki,TDT-nin məqsədi aydındır:

"Bu, yalnız bir təşkilat və ya blok çərçivəsində birləşmək məqsədi daşımır. Təşkilatın əsas məqsədi Türk dövlətləri arasında iqtisadi əməkdaşlığı gücləndirmək, müxtəlif tədbirlərin təşkilində iştirak etmək və ölkələrin milli maraqlarının qorunmasına xidmət etməkdir. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin qeyri-hökumət təşkilatlarının keçirdiyi forum bir daha göstərdi ki, bütün sahələrdə bu birliyin möhkəmlənməsi və normal əməkdaşlığın inkişafı təmin olunmaqdadır”.

Deputat bildirib ki, TDT-nin media forumunun keçirilməsi də məhz birlik məqsədinə yönəldilib:

"Türk Dövlətləri Təşkilatının media forumunun keçirilməsi də məhz birlik məqsədinə yönəldilib. Çünki əlaqələrin genişləndirilməsi, vahid platformadan çıxış etmək, əlaqələri yaxşılaşdırmaq və informasiya mübadiləsini genişləndirmək bu gün üçün çox önəmlidir. Ona görə də belə bir forumun keçirilməsi sözsüz ki, Türk dövlətlərinin birliyinin daha yüksək səviyyədə təmin olunmasına yönəldilib və bu, təqdirəlayiq bir haldır. Türk dövlətlərinin birliyini bu gün yalnız siyasi, iqtisadi və humanitar məsələlər deyil, həm də informasiya sahəsində mübadilələrin genişləndirilməsi tələb edir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı