Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük müraciətini müzakirə edəcək

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük müraciətini müzakirə edəcək
DÜNYA
03:34 05.09.2023
331
"İsveçin NATO-ya daxil olması ilə bağlı müraciətinin müzakirə və təsdiq üçün Türkiyə parlamentinə verilməsi rəsmi Stokholmun Ankaranı narahat edən məsələlərin həlli üçün atdığı konkret addımlardan asılıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş "A Haber” telekanalının efirində deyib.

"İsveç müsbət hesab edə biləcəyimiz addımlar atır. Lakin hazırda bunun kifayət olub-olmamasına Xarici İşlər Nazirliyimiz və hökumətimiz qərar verəcək”, - o bildirib.

Türkiyə parlamentinin sədri qeyd edib ki, iki ölkə parlamentarilərinin danışıqların aparıldığı binanın 150 metrliyində terror təşkilatı üzvlərinin aksiya keçirməsi Ankara üçün qəbuledilməzdir.

"Biz bilirik ki, İsveçdə vətəndaşlarımızdan pul qoparan terror təşkilatları ilə əlaqəli qruplar var. Bu, bizim üçün çox həssas məsələdir. Biz xaricdəki bu cür silahlı qrupların hakimiyyət tərəfdən heç bir halda müdafiə olunmamasını tələb edirik”, - o söyləyib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin Baş naziri Ulf Kristersson, NATO-nun Baş katibi Yens Stoltenberq və Avropa Şurasının sədri Şarl Mişel ilə təşkilatın 11-12 iyul tarixlərində Vilnüsdə keçirilən sammiti ərəfəsində apardığı məsləhətləşmələrdən sonra Türkiyə İsveçin NATO-ya qəbulu ilə bağlı vetosunu geri götürməyə razılaşıb. Stokholm Ankaranın terrorçu elan etdiyi təşkilatlara dəstək verməyəcəyinə və Aİ-yə üzvlük məsələsində ona hər cür köməklik göstərəcəyinə söz verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ