Türkiyədə yeni tip koronavirusdan (COVID-19) ölüm sayı 59-a çatıb.
AZXEBER.COM-un xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter” səhifəsindən açıqlamasında bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 5035 şübhəli koronovirus analizindən keçib, onlardan 561-nin cavabı pozitiv çıxıb.
Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 2433-ə çatıb.