Türkiyənin Diyarbəkir vilayətinin Çınar rayonunda məktəbliləri daşıyan mikroavtobus ilə ağır tonnajlı yük maşını toqquşub.
AZXEBER.COM yerli KİV-lərə istinadla xəbər verir ki, Ovabağ məhəlləsində baş verən yol-nəqliyyat hadisəsində mikroavtobus zərbədən aşıb.
Hadisə nəticəsində əksəriyyəti şagird olmaqla 15 nəfər yaralanıb.