Türkiyəli futbolçu Azərbaycan millisindən gələn dəvətə cavab verməyib

İDMAN
19:56 01.11.2021
246
"Sabah"ın sabiq futbolçusu Ozan Can Kökçü Azərbaycanın əsas millisində oynamaqla bağlı dəvətə cavab verməyib.

Bu barədə 23 yaşlı yarımmüdafiəçinin qardaşı Orkun Kökçü Türkiyə Futbol Federasiyasının rəsmi saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Niderlandın "Telstar" klubunda çıxış edən Kökçü "ay-ulduzlular"ın formasını geyinmək istədiyi üçün gözləmə mövqeyindədir: "Qardaşım Azərbaycanın U-21 yığmasında oynayıb. "Sabah"da çıxış edərkən təklif göndərdilər və dərhal Azərbaycan vətəndaşlığı verdilər. Azərbaycanın əsas yığması onu istəyir, amma Türkiyədən təklif gözlədiyi üçün seçim etməyə tələsmir. Ona görə də hələ qərarını verməyib".

Qeyd edək ki, Orkun Kökçü Türkiyə millisinin üzvüdür. Ozan Can Kökçü 2019-cu ildən 2021-ci ilin yayınadək "Sabah"ın uğurları üçün çalışıb. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Telstar”da keçirib. Azərbaycanın əsas millisinə də dəvət alan Kökçü debüt etməyib.

OXŞAR XƏBƏRLƏR