UEFA

İDMAN
13:37 13.08.2011
2336

UEFA-nın rəsmi internet saytı "Fənərbaxça"nı Türkiyə Superliqasının son qalibi elan edib.Türkiyədə iyulun 3-də danışılmış oyunlarla bağlı istintaqın başlamasından bəri çempionluğu şübhə altına alınan "Fənərbaxça" azarkeşlərinə UEFA-dan şad xəbər gəlib.Çoxları "Fənərbaxça"nın çempioluğunun əlindən alınaraq aşağı diviziona göndəriləcəyini gözlədiyi halda, UEFA "Fənərbaxça"nı son Türkiyə çempionu kimi təqdim edib.Qeyd edək ki, UEFA-nın bu addımı atmasında Türkiyə Futbol Fedrasiyasının prezidenti Mehmet Ali Aydınların bazarertəsi açıqlayacağı son qərarında heç bir klubun aşağı divizona göndərilməyəcəyi haqda dediyi fikirlər böyük rol oynayıb.

OXŞAR XƏBƏRLƏR