Ukrayna təslim olmağa hazırlaşır: Zelenski üçün yolun sonu göründü

Ukrayna təslim olmağa hazırlaşır: Zelenski üçün yolun sonu göründü
SİYASƏT
15:29 01.12.2025
355
Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia gündəmə gəlib. Bu barədə siyasi texnoloq Vladimir Petrov açıqlama verib. O, Zelenskinin "artıq davam etmək istəmədiyini” irəli sürərək onun yaxın zamanda istefa qərarını açıqlaya biləcəyini bildirib. Siyasi texnoloq ehtimal edir ki, dekabrın 15-dək atəşkəs rejiminə nail olunacaq, Yeni il çıxışı zamanı isə Zelenski vətəndaşlara müraciət edərək postunu tərk etdiyini elan edəcək.

Hərbi-siyasi ekspert Həşim Səhrablı AZXEBER.COM-a açlqlamasında deyib ki, Zelenskinin istefası ilə bağlı xəbərlər son günlərdə intensivləşib:

"Zelenskinin istefası ilə bağlı xəbərlər son günlərdə intensivləşib. Amma bundan əvvəl də onun istefasının vaxtının çatdığı və ya zəruri olduğu barədə həm anti-Ukrayna, həm də anti-Zelenski mövqeyində dayananlar tərəfindən dəfələrlə məlumatlar tirajlanırdı. Bu məlumatlar əsasən Ukraynada müqavimət hərəkatının önündə duran əsas simalardan biri olan prezident Zelenski üzərində təzyiq yaratmağa hesablanıb. Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-nin Ukrayna siyasətinin ciddi şəkildə dəyişdiyini, Vaşinqtonun artıq savaşın davamına deyil, "sülh yolunun açılmasına” üstünlük verdiyini gördük. Belə olan halda Zelenskinin müqavimət siyasəti həmin dairələrdə arzuolunmaz mövqeyə çevrilməyə başlayıb”


Ekspert bildirib ki, bu məlumatları tamamilə şayiədir: 

"Bu məlumatları tamamilə şayiə hesab edirəm. Zelenskinin asanlıqla istefa verəcəyini düşünmək məntiqli görünmür. Zelenskiyə qarşı məkirli və gizli addımlar hazırlanarsa, onda istefa bir növ zərurət səviyyəsinə qalxa bilər. Ancaq Zelenskinin öz iradəsi ilə kənara çəkiləcəyini gözləmək çətindir. O, başladığı mübarizəni sona qədər davam etdirmək niyyətindədir. Çünki Trampın "sülh yolunu açmaq” kimi təqdim etdiyi plan əslində Ukraynanın təslim olmasından başqa bir şey deyil.  Çünki müharibənin başlanmasına səbəb olan üç əsas məsələnin Ukrayna heç birinə çatmır. Yəni işğal olunmuş ərazilərin qaytarılması, NATO-ya inteqrasiya və güclü orduya sahib olmaq təmin olunmur. Əgər Ukrayna həm ərazilərindən, həm NATO perspektivindən imtina edir, həm də ordusunu kiçildirsə, onda müharibə niyə başlamışdı?
Onun təslim olması Ukraynanın da oxşar vəziyyətə düşməsi riski yaradar”.

H.Səhrablı qeyd edib ki, Zelenskinin istefası yeni hakimiyyətin formalaşması demək olacaq:

"Zelenskinin istefası yeni hakimiyyətin formalaşması demək olacaq. Yeni hakimiyyətin başında kimin olacağı isə sual doğurur. Məhz bu sualın cavabı prosesin gələcəyini müəyyənləşdirəcək. Əgər hakimiyyətə gələcək şəxs Zelenski kimi sonadək mübarizəni seçəcəksə, müharibənin dayanmasından danışmaq çətin olacaq. Amma əgər həmin şəxs Trampın dəstək verdiyi bir namizəd olarsa, bu halda Ukraynanı çox ağır bir sonluq gözləyə bilər. Bu, adına "sülh” deyilsə də, faktiki olaraq təslimiyyət mənasına gələcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
12:59 05.11.2026
Zelenski: ABŞ yardımı artsa, Putin geri çəkilə bilər
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
12:41 05.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı
12:38 05.11.2026
DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxladı