Ulduz futbolçunun evinə oğru girdi - Pul və qiymətli əşyalarını apardılar

İDMAN
16:11 23.10.2021
235
"Yuventus"un hücumçusu Paulo Dibalanın Turindəki evi qarət olunub.

AZXEBER.COM sportinfo.az-a istinadən xəbər verir ki, quldurlar argentinalı futbolçunun mənzilinin birinci mərtəbədəki pəncərəsini sındıraraq içəri daxil olublar.

Mühafizəçi cinayətkarları görüb həyəcan siqnalı versə də, soyğunçular evdən müəyyən məbləğdə pul və qiymətli əşyalar götürərə biliblər.

Oğrular həm də 27 yaşlı oyunçunun saat kolleksiyasını aparıblar.

OXŞAR XƏBƏRLƏR