Unibankın biznes kredit portfeli rekord həddi keçib

Unibankın biznes kredit portfeli rekord həddi keçib
İQTİSADİYYAT
16:03 25.07.2022
456

"Unibank” KB ASC 2022-ci ilin birinci yarısı üzrə əsas maliyyə göstəricilərini açıqlayıb. Bank öz tarixində biznes portfelinin həcmi və biznesin kreditləşməsi üzrə rekord göstərici əldə edib. Bankın tarixində ilk dəfə olaraq biznes kreditləri portfeli 30 iyun tarixinə 267 milyon manat təşkil edib.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 44 milyon manat, yəni 20% artım deməkdir. 2022-ci ilin ilk yarısında Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. Biznes sektoruna ayrılan kreditlərin həcmi ilk yarımildə 58% artaraq, 148 milyon manat təşkil edib ki, bu da bank tarixində biznesə ayrılan kredit həcminin rekord göstəricisidir. Hesabat dövründə təkcə dövlət fondları hesabına maliyyələşən güzəştli kreditlərin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 56 % artaraq 6 milyon manat olub.

Bankın əsas maliyyə göstəricilərində artım qeydə alınıb. 30 iyun 2022-ci il tarixinə Bankın əməliyyat mənfəəti 8.2 milyon manat təşkil edib. Birinci yarım il ərzində qazanılmış faiz gəlirləri 75.5 milyon manat, qeyri-faiz gəlirləri isə 24.3 milyon manat olub. Bununla da Bankın qeyri-faiz gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 33%, faiz gəlirləri isə 38% artıb. Bank birinci yarımili mənfəətlə başa vurub. 30 iyun 2022-ci il tarixinə Bankın əldə etdiyi mənfəət 790 min manat olub.

Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, ikinci rübün yekununda "Unibank”ın aktivlərinın həcmində ilin əvvəli ilə müqayisədə 10% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard 143 milyon manat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı 110 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 4 milyon manat çoxdur.

Ötən rüb ərzində "Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Müddətli depozitlər ilk yarımildə 42 milyon manat artaraq, 30 iyun 2022-ci il tarixinə 501 milyon manat təşkil edib.

Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 2022-ci ilin ilk yarısı ərzində dövriyyədə olan plastik kartların sayı nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ilin sonu ilə müqayisədə bu ilin ilk yarısında təkcə Visa və Mastercard debet kartları 76 % artaraq, 1 milyona çatıb.

Birinci yarımil həm də Bank üçün çox əlamətdar bir hadisənin baş verməsi ilə yadda qalıb. Apreldə "Unibank”in ölkə bank bazarında ilk olan kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartı – UCard-ı müştərilərin istifadəsinə verib. Dörd fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartı və AZN valyutalı kredit xəttini birləşdirən tək kart olan UCard, qısa müddət ərzində on minlərlə müştərinin seçimi olub. Multivalyutalı UCard özündə müştərinin arzuladığı əksər üstünlükləri birləşdirib. Həmçinin bank özünün mobil bank tətbiqi UBank-ı və terminal şəbəkəsi UTM-ləri də yeni UCard məhsuluna uyğunlaşdıraraq, kartın müştərilər tərəfindən istifadəsini daha da asanlaşdırıb. Bu gün UCard istifadəçilərinin sayı 100 mini keçib.

Ötən ilin ilk 6 ayına nəzərən, Unibank kartları ilə nağdsız dövriyyə bu ilin ilk 6 ayında 3 dəfədən çox artıb. Hesabat dövründə "Unibank”ın UBank tətbiqinin istifadəçilərinin sayı da çoxalıb. Birinci yarımildə UBank mobil əlavəsinin istifadəçi sayı 1.6 milyonu ötüb. Ötən ilin uyğun dövrü ilə müqayisədə bu ilin ilk yarısında mobil tətbiq vasitəsilə aparılan əməliyyatların həcmi 2 dəfə artıb.

Unibank - Sənin Bankın

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb