Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb

Unibankın dollar istiqrazlarını xarici və yerli investorlar alıb
İQTİSADİYYAT
15:40 30.11.2022
430
"Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları olan istiqrazlarının uğurla yerləşdirilməsi başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 investor tərəfindən alınıb. Hərrac prosesi yüksək aktivliklə müşahidə olunub. Dollar istiqrazlarının alıcıları siyahısında yerli fiziki və hüquqi şəxslərlər yanaşı, xarici investorlar da var. Emissiyanın əsas hissəsini fiziki şəxslər əldə edib. Bu isə fiziki şəxslərin qiymətli kağızlar bazarına və "Unibank”a artan marağının göstəricisidir. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir. Bu qiymətli kağızlar hazırda ölkə bazarında dollar valyutasında təqdim olunan ən yüksək gəlirli istiqrazlardır. Emissiyanın təşkilatçısı və anderrayteri "Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Emissiyanın "Açılış zəngi” mərasimində iştirak edən Unibank İdarə Heyəti sədrinin müavini Emin Rəsulzadə bildirib ki, yerli investorlarla yanaşı, xarici investorların da dollar istiqrazlarına olan yüksək marağı banka olan etibarı, qiymətli kağızların yüksək likvidliyinin diqqətəlayiq xüsusiyyətini göstərir: "Yüksək likvidliyə malik bu qiymətli kağızların emissiyası Bank müştəriləri üçün yeni imkanlar yaradır. Bu, bizə müştəri kreditləşməsini, xüsusilə də mikro və KOS istiqamətində kredit artımını daha yüksək səviyyədə təmin etmək fürsəti verir. Digər tərəfdən isə bizim həm korporativ, həm də pərakəndə müştərilər bazar üçün kifayət qədər cəlbedici gəlirli olan bu istiqrazlardan yüksək və davamlı gəlir götürə biləcəklər. Biz çox şadıq ki, Unibank dinamik inkişaf edən qiymətli kağızlar bazarında həm adi, həm də subordinasiyalı istiqrazların, imtiyazlı səhmlərin ilk və ən aktiv emitentlərindən biridir”.

Qeyd edək ki, "Unibank”ın bütün qiymətli kağızları Bakı Fond Birjasının listinqinə daxil edilib. Bütün səhm və istiqrazların listinqə daxil edilməsi mövcud normativlərə və qanunvericiliyin tələblərinə uyğun olmaqla yanaşı, bankın dayanıqlı maliyyə, müasir korporativ idarəetmə və şəffaf hesabatlılıq göstəricilərinə malik olmasını nümayiş etdirir.

Unibank-Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
17:54 18.09.2026
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR