AZXEBER.COM xəbər verir ki, mütəxəsis bunu Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Qarabağ" üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra mətbuat konfransında deyib.
O, sözügedən qarşılaşmanı dəyərləndirib:
"Sabah" ailəsini təbrik edirəm. Bu qələbəni azarkeşlərimizə həsr edirik. Meydanda bizi sona qədər dəstəklədilər. Oyun gərgin və dramatik keçdi. Hər iki komanda mübarizə apardı.
Buraxdığımız qola baxmayaraq, sona qədər təslim olmadıq və əzmkarlıq sayəsində qalib gəldik. Finala yüksəlmişik, amma əsas məqsəd kuboku qazanmaqdır".
"Hakim qərarlarını şərh etməyi xoşlamıram. Epizodlara baxmışam, bu, hakimlərin işidir. Amma bir məqam var ki, qeyd etmək istəyirəm. İşlədiyim ölkələr arasında hakimliklə bağlı bu qədər danışılan ikinci ölkə görməmişəm.
Dambrauskas finaldakı rəqib "Zirə" barədə danışarkən oyunun çətin keçəcəyini vurğulayıb:
"Final heç vaxt asan olmur. Bu, bir oyundan ibarətdir və hər şey mümkündür. Rəqib kim olur-olsun, biz öz işimizi görməliyik. Məqsədimiz titulu qazanmaqdır".











































