Vəfat edən Çimnazın qonşusu danışdı - Tək yaşayırdı, bir dəfə səs gəldi ki...

Vəfat edən Çimnazın qonşusu danışdı - Tək yaşayırdı, bir dəfə səs gəldi ki...
SOSİAL
09:40 16.01.2025
4246
"Çimnazla biz qonşu idik. Azadlıq metrosunun yaxınlığında, İbrahimpaşa Dadaşov 71 ünvanında yaşayırdı. Biz tez-tez liftdə qarşılaşırdıq. Çox mehriban, mülayim, problemsiz qadın idi. Hər dəfə böyük sevgi və mehribanlıqla salamlaşırdı. O 14, biz isə 16-cı mərtəbədə qalırdıq. Dəfələrlə məni evinə də dəvət etmişdi. Sadəcə olaraq vaxt edib getməmişdim. Amma qızıma deyirdim ki, gərək bir dəfə gedək. Heç kimlə problemi yox idi, hamıyla dostcasına salamlaşırdı”.

Bunu Medianews.az-a açıqlamasında bu gün vəfat edən aktrisa Çimnaz Sultanovanın qonşusu Sevinc Axundova deyib.

O daha sonra əlavə edib:

"Bilirsiniz ki, mən "Ögey ana” filmində Cəmilə roluna çəkilmişəm. Bilirdi, tanıyırdı. Hətta bir dəfə ikimiz də birlikdə evdən çıxdıq. Hər ikimiz televiziyaya dəvət almışdıq. Elə bildi ki, eyni televiziyada olacağıq, sevinmişdi ki, birlikdə gedək. Tək yaşayırdı. Hətta bir dəfə səsini eşitdim. Sən demə maşını saxlayıb ki, marketə gedib çörək alsın, maşınını evakuator aparmışdı. Gördüm ki, əsəbləşib. 7-8 il qonşu olmuşuq. Sonra eşitdik ki, yarım il olar ki, bağa köçüb. Bir dəfə də plastik əməliyyatdan gəlirdi. Gözünə, üzünə əl gəzdirmişdi. Sifəti şiş idi. Səhhətini soruşdum, dedi ki, yaxşı olacaq, müvəqqəti belədir. "Vicdan haqqı” serialında Larisa obrazını o qədər inandırıcı oynamışdı ki, ona Çimnaz yox, Larisa deyirdim. Hətta deyirdi ki, elə qısaca Lara de. Xəstəliyinə inanmaq olmur. Çox güclü, dözümlü xanım idi. Onu həmişə sağlam bilirdim. İnsanlar sosial şəbəkədə tənqid yazırlar. Bəziləri sevinir. Bir insanın ölümünə necə sevinmək olar? Günahdır. Yazıqdır. Allah rəhmət etsin. Bu gün də 43 yaşı tamam olurdu. Özünəməxsus rolların ifaçısı idi. Şou proqramlarda iştirak edirdi. Səhər gedib, axşam gəlirdi. Heç kimdə işi yox idi” deyə Sevinc Axundova deyib.

Aktrisa Sonaxanım Əliyeva Medianews.az-a açıqlamasında bildirib ki, Çimnaz Sultanovanın xəstəliyindən xəbərsiz olub:

"Bir neçə ay bundan əvvəl danışmışdıq. Başımız işlərimizə qarışmışdı. Hamımızın qayğıları var idi. Novxanıda özünə yeni bağ tikdirmişdi. Sevinirdim ki, hər şey yaxşıdır. Xəstəliyini bizdən gizlədib. Heç bir dəfə də olsun deməyib ki, filan yerim ağrıyır. Ata-anası, bacısı, bacısı uşaqları var idi. Öz oğlu xaricdə təhsil alırdı, orada yaşayırdı. Yoldaşının yanına göndərmişdi oğlunu. Heç bilmirəm oğlu gəlib burdadır yoxsa yox? Hələ də şokdayam, Çimnazın ölümünə inanmıram” deyə aktrisa bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İliyana Yotova prezident seçkilərində liderlik edir
05:48 02.11.2026
İliyana Yotova prezident seçkilərində liderlik edir
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
05:36 02.11.2026
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
05:23 02.11.2026
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
05:12 02.11.2026
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
05:00 02.11.2026
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
04:53 02.11.2026
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
04:40 02.11.2026
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
04:28 02.11.2026
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
04:18 02.11.2026
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
"Formula 1" tarixinin ən gənc çempionu oldu
04:08 02.11.2026
"Formula 1" tarixinin ən gənc çempionu oldu
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
03:58 02.11.2026
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
03:48 02.11.2026
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
03:38 02.11.2026
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
03:28 02.11.2026
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
03:18 02.11.2026
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
03:08 02.11.2026
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın