Vəfat edən şəxsin pensiya kapitalının onun varisinə verilməsi təklif edilir - VİDEO

Vəfat edən şəxsin pensiya kapitalının onun varisinə verilməsi təklif edilir - VİDEO
SOSİAL
00:13 21.08.2026
248
Vətəndaş dünyasını dəyişdiyi halda topladığı pensiya kapitalının bir hissəsinin onun varisinin hesabına köçürülməsi təklif edilir.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, millət vəkili Vüqar Bayramov deyir ki, dunyasını dəyişən vətəndaşların pensiya kapitalından isifadəylə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsində müxtəlif təkliflər var. Təkliflərdən biri də pensiya kapitalının bir hissəsinin ölən şəxsin varisinin hesabına köçürülməsidir.

Millət vəkili onu da bildirdi ki, inkişaf etmiş ölkələrin təcrübəsində diqqətçəkən məqamlardan biri minimum və orta pensiya kapitalı anlayışlarının mövcudluğudur. Təklif isə ondan ibarətdir ki, Azərbaycanda da orta pensiya kapitalı anlayışı qanunvericiliyə daxil edilsin. Vətəndaş minimum və orta pensiya kapitalını təmin etdikdən sonra artıq topladığı vəsaitdən pensiya yaşına çatmadan bəzi istiqamətlər üzrə istifadə edə bilsin.

Vüqar Bayramov onu da bildirdi ki, belə bir mexanizm insanların rəsmi əmək münasibətlərində marağını da artıra bilər. Vətəndaşın əmək müqaviləsi ilə işləyərək topladığı pensiya kapitalı yalnız onun gələcək pensiya təminatına deyil, dünyasını dəyişəcəyi halda ailəsinə və övladlarına da fayda verə bilər.

OXŞAR XƏBƏRLƏR