"Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionun təhlükəsizlik arxitekturasını dəyişdi”

"Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionun təhlükəsizlik arxitekturasını dəyişdi”
SİYASƏT
15:35 07.11.2025
384
"Zəfər Günü Azərbaycan xalqı və dövləti üçün şanlı tariximizin salnaməsində qürur və milli birliyin rəmzidir. Bu, təkcə 44 günlük müharibədə qələbənin qazanılması deyil, həm də suveren Azərbaycanın müdafiə və təhlükəsizlik konsepsiyasının səmərəliliyinin təntənəsidir”.

Bu fikirləri Zəfər Günü ilə bağlı AZXEBER.COM-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib. 

O bildirib ki, Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionun təhlükəsizlik arxitekturasını dəyişib:

"Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı və şəhadəti şərəf sayan xalqımızın birliyi nəticəsində bu qələbə əldə edilib. Cənab Prezidentin apardığı informasiya müharibəsi, texnikanı dərk edən, müasir silahlardan istifadə bacarığına malik milli potensialımız  çox mühüm amillər idi. Heç bir Azərbaycan vətəndaşı "müharibəni dayandırın” demədi, bir nəfər də fərarilik etmədi. Ordunun texniki təminatı, kəşfiyyat, informasiya və psixoloji təhlükəsizlik sahəsində xüsusi xidmət orqanlarının apardığı işlər qələbənin əsas dayaqlarından biri idi. Xalqın milli ruhu, birliyinin strategiyaya çevrilməsi və bu birliyin gücə dönməsi də qələbənin mühüm amillərindən oldu. Əlbəttə, Vətən müharibəsində qələbə qazanan Azərbaycan regionun təhlükəsizlik arxitekturasını dəyişdi”.

Deputat deyib ki,  əsas məqamlardan biri də ondan ibarətdir ki, yaranmış həssas təbəqələrə qarşı dövlətimiz böyük diqqət göstərdi:

"Yaranmış həssas təbəqələrə qarşı dövlətimiz böyük diqqət həm Birinci vitse-prezident Mehriban xanım Əliyeva, həm də cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, dövlət qurumları tərəfindən ciddi diqqət göstərildi. Həmçinin, Zəngəzur dəhlizi və digər nəqliyyat layihələrinin reallaşması Azərbaycanın iqtisadi və logistik təhlükəsizliyini daha da gücləndirdi. Türk Dövlətləri Təşkilatı, bizə mənəvi və siyasi dəstək göstərən Türkiyə və Pakistanın yardımı çox vacib idi”.

Parlamentari vurğulayıb ki, müharibədən sonra qarşıda duran əsas diplomatik proseslər, sülh müqaviləsinin imzalanması, Vaşinqtonda keçirilən görüşlər böyük əhəmiyyət daşıyır:

"Müharibədən sonra qarşıda duran əsas diplomatik proseslər, sülh müqaviləsinin imzalanması, Vaşinqtonda keçirilən görüşlər böyük əhəmiyyət daşıyır. Çünki milli suverenliyin qorunması, texnoloji üstünlüyün və rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, regional balansın qorunması üçün bu addımlar həyati əhəmiyyət kəsb edir”.

A.Nağıyev qeyd edib ki, bu Zəfər gələcək təhlükəsizliyin təminatıdır:

"Zəfərin davamı kimi gələcəyə inam və ruh yüksəkliyi bu gün yalnız keçmişin qüruru deyil, həm də gələcəyin təhlükəsizliyinin təminatıdır. Müasir müdafiə sənayesinin inkişafı, regional sülh təşəbbüslərində aparıcı qüvvəyə çevrilmək, hərbi-siyasi qüdrətin artırılması da çox mühüm məsələlərdəndir. Minalardan təmizləmə və əhalimizin dinc quruculuq fəaliyyəti üçün ata-baba yurdlarına qayıdışı da prioritet istiqamətlərdəndir. Bir sözlə, Zəfər Günü Azərbaycan xalqının milli, hərbi və strateji gücünün, eləcə də təhlükəsizlik konsepsiyasının rəmzidir.

Bu gün dövlətimizin müstəqilliyinə, ərazi bütövlüyünə və xalqın rifahının qorunmasına xidmət edir. Düşünürəm ki, güclü dövlət, müasir ordu və birləşmiş xalqımız sayəsində Azərbaycanın müdafiə və təhlükəsizlik konsepsiyası gələcək nəsillərə daha etibarlı, sabit və təhlükəsiz bir həyat tərzi bəxş edəcəkdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Crescent Mall"da nə baş verib? – Açıqlama
15:20 05.11.2026
"Crescent Mall"da nə baş verib? – Açıqlama
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
15:18 05.11.2026
Azərbaycanda saatlıq maaş tətbiq ediləcək – 1 saatın qiyməti bu qədər ola bilər
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
15:11 05.11.2026
"Azərbaycan bu gün qalib, bütövləşən ölkə olaraq yeni hədəflərə doğru inamla addımlayır"
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
14:56 05.11.2026
Əhməd İsmayılov: Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
14:49 05.11.2026
Metroda “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi keçirilir
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
14:37 05.11.2026
Gürcüstanla bağlı təhlükəli ssenari: Avropa İttifaqı hansı addımı atmağa hazırlaşır?
Daha bir marşrutun avtobusları yenilənir
14:19 05.11.2026
Daha bir marşrutun avtobusları yenilənir
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
14:08 05.11.2026
“İşləməyən şəxslər də vəfat edəndə dəfn pulu ödənilsin”
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
14:05 05.11.2026
Gədəbəyin icra başçısı "Gəncə təndiri"ni ziyarət etdi, tənqid olundu
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
14:01 05.11.2026
Məzuniyyət günlərini pula dəyişmək tarixə qovuşur? - 32 ildə dəyişənlər
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
13:46 05.11.2026
Siqaret, telefon, avtomobil... – Daha hansı mallara aksiz vergisi ödəyirik?
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
13:44 05.11.2026
Dünya ölkələri vətəndaşlarına xəbərdarlıq edir - “Hər şey birdən çökə bilər”
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:40 05.11.2026
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
13:22 05.11.2026
Sosial ödənişlər artır - Bu yeniliklər gözlənilir
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
13:19 05.11.2026
Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama
Leysan, şimşək, dolu - Sabahın havası
13:14 05.11.2026
Leysan, şimşək, dolu - Sabahın havası