Vətəndaşlar dərman vasitələrini daha ucuz əldə edəcək

Vətəndaşlar dərman vasitələrini daha ucuz əldə edəcək
SOSİAL
18:24 18.09.2023
241
Prezident İlham Əliyevin 15 avqust 2023-cü il tarixli Fərmanı ilə "Dərman vasitələri haqqında” qanuna dəyişikliyin bu sahədə olan çatışmazlıqları aradan qaldıracağına əminəm. Məlum məsələdir ki, əvvəllər dərman vasitələrinə vahid qiymət tətbiq olunurdu. Yeni qərardan sonra dərman vasitələri üçün təsdiq olunmuş satış qiymətləri yuxarı hədd hesab olunacaq və bu qiymətdən ucuza da satıla biləcək. Bununla da əczaçılıq standartlardan uzaqlaşıb rəqabətliliyə meyl edəcək. İstər istəməz bu rəqabətlilik vətəndaşların dərman vasitələrini daha ucuz əldə etməyinə şərait yaradacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, digər vacib bir məsələ isə dərmanların qeydiyyatdan keçirilməsi prosesi idi.

"Əvvəl bir dərman qeydiyyatdan keçməsi üçün 9 aya yaxın bir müddət tələb olunurdu. Artıq bu qanunla bu müddətin 4 aya endirilməsi də vətəndaşlar üçün dərman preparatlarını əlçatan edəcək. Azərbaycan bu sahədə daha çox idxaldan asılıdır. Buna görə də həm standart qeydiyyat prosesinin , həm də xarici qeydiyyatın müddətinin azaldılmasına ehtiyac var idi", - deyə deputat bildirib.
O əlavə edib ki, sadələşdirmə ölkəmizə dərman idxalını stimullaşdıracaq və əhalininin dərman təchizatını yaxşılaşdıracaq. "İdxaldan asılı olan bir ölkə üçün xarici ölkədə istehsalı dayandırılmış dərmanı eyni tərkibli başqa birisi ilə əvəz etmək 9 aya başa gəlməsi insanları həqiqətən çətin vəziyyətə salırdı. Düşünürəm ki, fərmanda nəzərdə tutulmuş elektron reseptin yazılması artıq əhaliyə təyin olunan dərman vasitələrinə nəzarətin gücləndirilməsinə və bioloji fəallığa malik qida əlavələrinin reseptə yazılmasının qarşısının alınmasına müsbət təsir göstərəcəkdir. Beləliklə vətəndaşlara ancaq xəstəliklərinin müalicəsi üçün lazım olan dərman vasitələri yazıla biləcək, yəni əlavə, xəstəlik göstərişlərinə uyğun olmayan dərmanlar yazılmayacaq. Güman edirəm ki, fərmandan irəli gələn bütün məsələlərin həllinə adiyyatı qurumlar lazımınca diqqət ayıracaq, çünki vətəndaşların sağlamlığı dövlətimiz üçün ən ümmdə olan məsələlərdəndir", - deyə deputat əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
Neft Emalı Zavodunda yanğın başlayıb
09:27 18.06.2026
Neft Emalı Zavodunda yanğın başlayıb
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident
09:17 18.06.2026
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident
Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb
08:53 18.06.2026
Bakıda sıxlıq müşahidə olunan yollar açıqlanıb
Hansı daha təhlükəsizdir - Yeni, yoxsa köhnə bina?
05:44 18.06.2026
Hansı daha təhlükəsizdir - Yeni, yoxsa köhnə bina?