Vətənə, dövlətə xəyanətkar və satqın mövqedə olanlar qanunlar qarşısında cavab verməlidirlər - Vüqar Rəhimzadə

Vətənə, dövlətə xəyanətkar və satqın mövqedə olanlar qanunlar qarşısında cavab verməlidirlər - Vüqar Rəhimzadə
SİYASƏT
21:44 29.11.2025
198
Artıq müəyyən müddətdir ki, aparılan ictimai müzakirələr əsasında formalaşmış qəti fikirlər bir daha cəmiyyətin diqqətini Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planına və burada yer almış Əli Kərimli kimilərə yönləndirir. DTX çərçivəsində həyata keçirilən araşdırmalar artıq real faktlar əsasında nəticələr verir ki, bununla da ifşa edilmiş dövlət çevrilişi planının iştirakçıları barədə hüquqi ölçülər götürülür.

AZXEBER.COM xəbər verir ki,  bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə AXCP sədri Əli Kərimlinin, onun evinə demək olar, hər gün gəlib-gedən, alış-verişini belə edən partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin evində axtarışların aparılması sözügedən ifşa prosesinin məntiqi nəticəsidir.

V.Rəhimzadə bildirib ki, ifşa prosesində ortaya çıxan faktlar istər Ramiz Mehdiyevin, istərsə də AXCP sədri Əli Kərimlinin fəaliyyətlərinin bütün dövrlərində Rusiyanın xüsusi xidmət orqanlarının planlarında yer aldıqlarını sübuta yetirir:

"Əli Kərimlinin hələ sovet illərindən "KQB"nin "Malış" təxəllüslü agenti rolunda bir sıra siyasi təxribatlarda yer alması heç kəsə sirr deyil. Eləcə də birbaşa Rusiyanın "Milli Şura" adlı layihəsinin də Əli Kərimlinin nəzarətinə verilməsi təsadüfi deyil. Eyni zamanda, bu fikirlər birmənalı şəkildə Ramiz Mehdiyevə də aiddir. Onun müxtəlif dönəmlərdə dəfələrlə rusiyalı məmurlarla gizli ünsiyyət qurması, xüsusilə dövlət əhəmiyyətli proseslərdə Rusiya ilə məsləhətləşləmələr aparması, AMEA-da işləyərkən belə Moskvanın siyasi direktivləri ilə hərəkət etməsi Ramiz Mehdiyevin həyat və fəaliyyətində "KQB" və "QRU" izini açıq şəkildə nümayiş etdirir. Bütün bunlar bir daha Ramiz Mehdiyevin Əli Kərimli ilə münasibətlərinə işıq tutur, onların uzun illər ərzində formalaşmış və siyasi məqsədləri bəlli olan latent əlaqələrinin detallarını ortaya çıxarır".

Deputatın fikrincə, ictimaiyyət də görür ki, Əli Kərimli bütün çıxışlarında Ramiz Mehdiyevi müdafiə edib:  "O, özünün və ağasının Rusiyanın adamı olmasına baxmayaraq, Azərbaycan hakimiyyətini "rusiyapərəst" olmaqda ittiham edib, mitinq, aksiya ilə pərdələnmiş oyunlar vasitəsilə siyasi sabotajla məşğul olub. Maraqlısı da odur ki, görəsən niyə AXCP və qondarma "Milli Şura" Ramiz Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra bir dəfə də olsa, mitinq və aksiya keçirə bilməyib?".

"DTX-nın Əli Kərimlinin və onun müşavirinin evində axtarışlar aparması AXCP sədrinin dövlət çevrilişinə cəhd planlarındakı yeri və rolu barədə ciddi sübutlara malik olduğunu göstərir" - deyən V.Rəhimzadə əlavə edib ki, Rusiyanın çirkin planının ifşası fonunda Ramiz Mehdiyev-AXCP-"Milli Şura" üçbucağının da xəyanətləri artıq sübuta yetirilməkdədir:

"DTX dövlət çevrilişinə cəhd planında yalnız Ramiz Mehdiyevin, onun əlaltıları olan AXCP və "Milli Şura" ilə oyunlarını ifşa etmir, eyni zamanda, Rusiyadakı bəzi dairələrin perspektivdə Azərbaycanda təxribat, siyasi qarşıdurma törədilməsi, ictimai sabitliyin pozulması planlarında Əli Kərimlidən istifadə imkanlarını da məhdudlaşdırmaqdadır. Daha doğrusu, Rusiyanın Ukrayna ilə müharibə bitdikdən sonra Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etmək cəhdləri çərçivəsində Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə edəcəyi, qeyd olunan prosesdə radikal davranışları ilə daim seçilən, Azərbaycanın dövlət maraqlarına qarşı hər zaman xəyanətkar mövqedə olan AXCP-nin öndə gedəcəyi də istisna edilmir. Qeyd olunan səbəbdən dövlətə, Vətənə xəyanət yolunu tutan qüvvələrin vaxtında zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır".

Deputat onu da əlavə edib ki, dövlətə və xalqa xəyanət yolunu tutmuş AXCP kimi partiyaların qapadılması məsələsi də birmənalı şəkildə gündəmdə olmalıdır: "Nəinki xalqın, hətta öz üzvlərinin belə maraqları üçün deyil, birbaşa Ramiz Mehdiyevin, o cümlədən Rusiyanın mənafeyi naminə çalışan belə siyasi təşkilatlar Azərbaycanda mövcud ola bilməzlər".

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər