“WhatsApp”ı hansı ölkələrdə qadağan ediblər...

MARAQLI
22:40 12.01.2020
4166
Məktubun informasiya çatdırmaq gücü getdikcə azalır. İndi daha çox çat proqramları dövrüdür.

Dünyada ən çox "WhatsApp”dan istifadə edirlər. Afrikanın əksər ölkələrində, Cənubi Amerikanın bütün dövlətlərində bu yazışma əlavəsi daha populyardır. Böyük ölkələrdən Böyük Britaniyada, Fransada, İspaniyada, Türkiyədə, Hindistanda, İtaliyada "WhatsApp” hamıdan öndədir. Hərçənd, bir müddət əvvələ qədər "Viber”ə məğlub olurdu. Amma indi "Viber” "Messenger”i də irəli buraxıb. "Facebook”un çat əlavəsi sürətlə məşhurlaşır. Skandinaviya ölkələrində, Kanada, Avstraliya, Portuqaliyada geniş populyarlıq qazanıb. "Viber” isə Ukrayna, Belarus, Ermənistan, Tacikistan kimi postsovet ölkələrinin ümidinə qalıb.

Xüsusi hazırlanan xəritədə hansı ölkələrdə hansı çatdan istifadə olunduğunu görmək mümkündür. Buradan görünür ki, qapalı ölkələrdə də çat var. Sadəcə, daha çox Çinin nəzarətində olanlara üstünlük verilir. Məsələn, Şimali Koreyada bu yolu seçiblər. KXDR-də "Line” istifadə olunur. Türkmənistanda isə insanların yalnız "Imo”ya çıxışı var.

Xəritədə Cənubi Koreyada bizə tanış olmayan "KakaoTalk”un populyar olduğu görünür. Ölkə əhalisinin 93 faizi bu çatı seçir.
 
///Bizimyol.info

OXŞAR XƏBƏRLƏR

X Mostbet