İranın ali rəhbəri Müctəba Xameneinin müşaviri Məhəmməd Müxbir ABŞ-nin İran tərəfindən irəli sürülən 7 şərti qəbul etməyəcəyi təqdirdə heç bir danışıqların aparılmayacağını bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran Tələbə Xəbər Agentliyinə (SNN) danışaraq, ABŞ ilə davam edən mesajlaşmalar barədə açıqlama verib.
O, Vaşinqtona 7 şərt təqdim etdiklərini xatırladaraq bildirib ki, ABŞ bu tələbləri yerinə yetirəcəyi təqdirdə Tehran danışıqlara hazır olacaq. Müxbir həmin şərtlərin İranın qırmızı xətləri olduğunu vurğulayıb.
Müşavir danışıqlar yolunun heç vaxt tamamilə bağlanmadığını qeyd etsə də, İranın şərtləri qəbul edilməyəcəyi təqdirdə müzakirələrin aparılmayacağını bildirib.
O, Xameneinin düşmənə cavab vermək məsələsində coğrafi məhdudiyyətin olmayacağı barədə açıqlamasına da toxunub. Müxbirin sözlərinə görə, bu bəyanat İran raketlərinin mənzili ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması deməkdir.
Gülay











































