AZXEBER.COM-un müsahibi mayın 4-u təqdimatı olacaq "Xənnas" filiminın rejissoru Elvin Abdulladır.
- Elvin, Azərbaycanda son zamanlar komediya janrında filmlər çəkilir. Amma sizdə tam əksi oldu. Qorxu film çəkdiz. İlk sualım budur: Qorxmursuz?
- Biz oturduq fikirləşdik ki, kino sektorunda necə
səs–səda yaradıb, sözümüzü deyə bilərik. Ümumiyyətlə, komediya janrları mənə
yaxın deyil. Ona görə başqa janra üz tutduq. Əslində, Azərbaycan da heç kim
mistik trelyerə müraciət etməyib. Bu ilkə imza atmaq istədik. Adımızın kino sahəsində
qalması bizim üçün xoş və fəxr olacaq. Onu da deyim ki, mən özümü ilk adlandırmıram. Amma rəsmi
olaraq biz ilkik. Nəyə görə? İndiyə kimi
çəkilənlər qorxu filminə bənzər filmlər olub. Misal üçün şərhlərdə "Şərq
qarışanda” filmini oxuyuruq. O mistiq
deyil, psxoloji filmdi. Orada bir müəllim psixologiyası pozulduğuna görə şagirdlərini öldürür. O ayrı məsələdir.
Amma sırf mistik , paranormal hadisələr
olan "Xənnas” ilkdir. Buna heç kəsin şübhəsi
ola bilməz. Buna bənzər adını çəkmək istəmədiyim başqa bir qorxu filmi də
var. Ona da Azərbaycanın ilk qorxu filmi
deyilir. Onların özləri və rejissoru mənimlə əlaqə saxladı. Mən də onlara bizim
filmdə gedən gedişatı, hadisələri başa salanda bildirdi ki, həqiqətən sizin
film ilkdir. Bizdə metofizik qüvvələrdən, paranormal hadisələrdən, cinlərdən,
şeytanlardan və ruhlardan danışılır.”
- Səncə Azərbaycan tamaşaçısı belə bir filmi qəbul etməyə hazırdır?
- Müşahidə aparıb,analiz etmişik. Sadəcə
detalları demək istəməzdim. O bizim kommersiya sirrimiz olsun. Amma biz təbii
ki, bu addımı atanda ciddi fikirləşmişik. Əslində bu bizim üçün də sualdır.
Sırf təcrübədən belə bir şey keçməyib
deyə, yaradıcı heyət, kinotetarlar və ümumiyyətlə Azərbaycan üçün böyük bir təcrübədir. Çox ümid edirəm ki, müsbət olacaq və xoş
olacaq.
- Son günlər çəkilən filmlərin çoxunda aktrisa Pərvin Abıyevanı görürük. Sizin filmdə də Pərvinə rol verilib. Bu nə ilə bağlıdır? Azərbaycanda ondan başqa aktrisa yoxdur?
- Siz də yəqin fikirləşmirsiz ki, Pərvin bizə maddi kömək edib. Son günlər bu şayə bizi çox incidir. Bir daha qeyd edirəm ki, Pərvin bu filmə sponsorluq etməyib. Bu tamamilə yalandır. Bu söhbəti kim çıxarıb bilmirik. Şayələrdən Pərvin də narahatdır. Pərvinin filmə seçilməsi onun istedadı və şəxsi münasibətlərimizin isti olmasıdır. Maliyyəni özümüz buraxmışıq, sponsorumuz da var. Pərvini özünə görə çəkmişik, puluna görə yox.
- Bir müddət öncə Pərvinlə videonuz yayılmışdır. Bu haqda nə deyə bilərsən?
- O videonun yayılmasına qarşıyam. Onu kim paylaşıb, bizim üçün də sualdır. O videoya diqqətlə baxsanız, görərsiz ki, Şəkidə dağın başında qrim otağındayıq. 48 gün film çəkilişi etmişik. Çəkilişlər günəş batanda başlayıb, günəş çıxanda bitib. Çəkilişdə işlər o qədər gərgin idi ki, qrim otağında mahnı qoyduq və başladıq oynamağa. Stresslərimizi atmaq üçün etdik. Oynamağımızı dostumuz çəkirdi. Sonra Pərvin videonu sosial şəbəkədə paylaşdı. İki saat sonra həmin videonu sildi. 2 saat ərzində bəzi adamlar onu yükləyib. Videonun yayılmasına elə də pis olmamışam. Başqa səhifələrin bu videonu ayrı–ayrı adlarla paylaşmasına pis olduq. "Youtube” də Pərvinin seksi rəqsi yazsaz, bizim rəqsimiz çıxacaq. O video seksdən, seksual hərəkətdən heç nə görə bilməzsiz. Bizi narahat edən insanların pis alqılamasıdır. Biz gündəmdəyik deyə videonu belə paylaşmaq olmaz. Hər kəs qapalı bir yerdə oynaya bilər. Bunu çox böyütdülər.
- Pərvindən söz düşmüşkən digər aktrisalardan da danışaq. Bir rejissor olaraq aktyorların işini necə qiymətləndirirsən?
- Bizim
seçdiyimiz aktyorlar həm də dostlarımızdır. Mənim şəxsi münasibətimin yaxşı
olan, neçə il tanıdığım insanlardır. Onların dəstəyi əvəzsizdir. Yəni 48 gün Şəki də qalıb çəkilişdə iştirak etdilər.
Bütün əziyyətlərə qatlaşdılar. Hər bir məqamda
mənim arxamda oldular. Düşünərəm ki, aktyorlar məndən daha ön planda
olmalıdır. Filmin yiyəsi, ağası, məsuliyyətini daşıyan rejissordur. Amma öndə görünənənlər təbii ki,
aktyorlardır. Bu filmə görə mən aktyor və aktrisalara borcluyam, onlar olmasa "Xənnas”
da olmaz.
- "Xənnas”a nə qədər pul xərcləmisən?
- "Xənnas" filiminin büdcəsi az idi deyə biz sırf
dostlarımızın gücünə film çəkməyə qərar vermişdik. Bir az vaxt keçdikdən sonra xərclər artdı. "Xənnas”
filminə bu günə qədər 200 minə yaxın pul xərclənib. İlk öncə öz gücümüzə çəkmək
istəyirdik. Özümüz çəkdiyimiz üçün
istedadlı dostlarımızı çəkmək istəyirdik. Peşəkarlığa qaldıqda isə kimsə mənim dostumdur deyə çəkməmişəm. Aktyorlar
çox istedadlıdırlar, obrazlarının öhdəsindən yetərincə gəliblər. Açıq kastinqdə
olsaydı, yenə bu insanları seçərdim.
- Filmin təqdimatına hazırlıq necə gedir?
- Filmin təqdimatı may ayının 3-ü "Nizami” Kino mərkəzində olacaq. Qapalı təqdimat olacaq. Sırf dəvət olunmuş adamlar olacaq. Bizə zənglər, xahişlər olur. Onu nəzərə alıb 100 bilet satışa çıxaracağıq. Biz "Cinema Plus”-u seçmişik. Bildiyiniz kimi, Azərbaycanda yerli fiilmlər eyni anda iki distrubuturdə çıxa bilmir. "Cinema Plus”- a inanırıq ki, satış yüksək olacaq. Film həm Nizami kino mərkəzində, həm də Cinema Plus mərkəzlərin də satış olacaq”
Əgər film bir çox yerli film kimi uğursuz oldu və tez bir zamanda vizyondan çıxarıldı. O zaman nə edəcəksən?
"Film uğursuz olsa özümü asacam. Zarafat bir
yana ancaq bu film uğursuz alınsa depresiyasından necə çıxa biləcəyimi bilmirəm.
Çünki mənə güvənən, dəstək olan dostlar çoxdur. Onların yanında biabır olmaqdan
qorxuram.
- Filmə görə nə qədər borca girmisən?
- Birinci borclarımı qaytarmağı düşünürəm.
Hazırda 56 min öz borcum var. Amma qardaşımı da bu işə salmışam, o da çox
maliyyə xərcləyib.
- Elvin, bir neçə il öncə bizə müsahibəndə demişdin ki, "Oskar”ı Azərbaycana gətirəcəksən. Amma indi ancaq puldan danışırsan, deyəsən "Oskar” artıq unudulub...
- O zaman gənc idim, həvəsli idim. Düşünürdüm ki, bunu edə bilərəm. Bu gün də bu xəyalımdan əl çəkməmişəm, gec – tez bunu edəcəm. Sadəcə indi daha real düşünürəm.