xari

Xərcəngin ilkin mərhələdə aşkarlayacaq ucuz testlər satışa çıxarılacaq

SAĞLAMLIQ
12:57 14.11.2011
2094

Rusiya Elmlər Akademiyası (REA) Sibir şöbəsinin Kimyəvi biologiya və Fundamental təbabət İnstitutundan olan mikrobioloqlar xərçəngin ilkin diaqnostikasını əhəmiyyətli dərəcədə asanlaşdırmaqla onkologiyada çevriliş edəcəklərini vəd ediblər. Xarici analoqlardan fərqli olaraq, Rusiyada hazırlanan test aşağı qiyməti və nəticələrin yüksək dəqiqliyi ilə fərqlənir. Bu barədə “AMİ-TASS” xəbər verir.

“Trend”in məlumatına görə, hazırda diaqnostikanın geniş yayılmış metodları bahalı, ağrılıdır və dəqiqliyə 70-75 faizdən artıq zəmanət vermir. Üstəgəl, diaqnostikanı həyata keçirən nəhəng qurğuları heç də bütün tibb mərkəzlərində yerləşdirmək mümkün olmur. Statistikaya gəldikdə isə, Rusiyada, məsələn, süd vəzisi xərçəngi ilkin mərhələdə yalnız 15-20 faiz hallarda aşkar edilir. Rus alimlərinin hazırladıqları texnologiya isə başlanğıc mərhələdə süd vəzisi xərçəngini 90 faiz aşkar edir. Test artıq kliniki sınaqdan keçib. Pasiyentin sadəcə olaraq qan verməsi, 100 rubl ödəməsi və nəticəni gözləməsi lazım gəlir. Test qan cisimlərinin səthilə bağlı DNK turşusunun təhlükəli hissələrinin aşkar edilməsini nəzərdə tutur. İxtira artıq patentlə müdafiə olunur və perspektivdə beynəlxalq səviyyədə təqdim olunacaq. İlkin qiymətləndirmələrə görə, onun tətbiqinə 2012-ci ildən başlanacaq.

OXŞAR XƏBƏRLƏR