BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

“Xəzər TV”dən koronavirusa qarşı mübarizəyə dəstək

“Xəzər TV”dən koronavirusa qarşı mübarizəyə dəstək
MEDİA
13:01 22.03.2020
4096
"Xəzər” televiziyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürəcək.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı qərar televiziyanın Baş direktoru Murad Dadaşovun sədrliyi ilə keçirilən iclasda qəbul olunub. Baş direktor bildirib ki, koronavirusla mübarizə tədbirlərinin işıqlandırılması və əhalinin maarifləndirilməsi ilə bağlı bütün resurslarını səfərbər edən "Xəzər" Media Holdinqi Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna da öz töhfəsini verəcək:

"Koronavirusla mübarizəyə öz dəstəyimizi nümayiş etdirmək istəyirik. Ona görə də media qurumları arasında ilk olaraq biz bu addımı atırıq. Bütün daxili ehtiyatlarımızı səfərbər edərək, bu fonda 50 min manat dəstəklə çıxış edirik”,- deyə Murad Dadaşov bildirib.

Baş direktor deyib ki, koronavirus pandemiyası ilə mübarizə artıq milli məsələyə çevrilib. Onun sözlərinə görə, bu məqamda dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmaq, bütün imkanları ilə bu mübarizəyə qoşulmaq hər cür korporativ maraqların fövqündə dayanmalıdır:

"İstəyirik ki, bütün şirkətlər, qurumlar, biznes strukturları, media orqanları öz korporativ maraqlarını bir anlıq kənara qoysunlar. Hazırda əsas marağımız Cənab Prezidentin bu addımına dəstək olmaqdır. Bu məsələdə vahid xalq kimi özümüzü göstərməliyik”,- deyə o, qeyd edib.

"Xəzər” televiziyasının Baş direktoru onu da bildirib ki, dövlət tərəfindən görülən tədbirlər nəticəsində koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan dünyada ən uğurlu nəticə əldə edən ölkələrdən biridir. Amma mübarizənin daha effektiv olması və bu bəlanın dəf edilməsi üçün sosial və iqtisadi statusundan asılı olmayaraq, hər kəs həmrəylik nümayiş etdirərək dövlətə dəstək olmalıdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:54 29.03.2020

Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

00:52 29.03.2020

Dünyada koronavirusa yoluxanların sayı 570 min nəfəri ötdü

00:51 29.03.2020

TƏBİB sədri: "Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır"

00:49 29.03.2020

Rüştü Rəcbər də koronavirusa yoluxdu

23:56 28.03.2020

Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

23:44 28.03.2020

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!” - VİDEO

23:20 28.03.2020

Prezident: "Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir"

22:55 28.03.2020

Dövlət başçısı: "Əgər bu infrastruktur olmasaydı, xəstəliyə qarşı necə mübarizə apara bilərdik"

22:52 28.03.2020

İlham Əliyev: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"

22:50 28.03.2020

“Mindən çox insan Atletlər kəndində saxlanılır” - İlham Əliyev

22:37 28.03.2020

“Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”

22:33 28.03.2020

Prezidentin həkimlərlə bağlı dəstək mesajı “Alov Qüllələri”ndə - VİDEO

22:25 28.03.2020

Türkiyədə koronavirusa yoluxanların və ölənlərin sayı artıb

22:10 28.03.2020

Mehriban Əliyeva: "Tibb işçilərimiz bu çətin sınaqdan şərəflə çıxırlar"

21:53 28.03.2020

Azərbaycan Prezidenti: "Biz mütləq həm xəstələrə sahib çıxacağıq, həm də iş adamlarına"

21:29 28.03.2020

İlham Əliyev tibb işçilərini alqışladı - VİDEO