Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu - FOTOLAR

Xırdalanda şəhid və şəhid övladının doğum günləri qeyd olundu - FOTOLAR
İQTİSADİYYAT
22:18 21.07.2022
853
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidimizin və şəhid övladının doğum günləri qeyd edilib. 
"Azərbaycan Bayrağı” ordeni, "Kəlbəcərin azad olunmasına görə”, "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Fizulinin azad olunmasına görə” medallarına layiq görülən şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun 32-ci doğum günü, "Azərbaycan Bayrağı" ordeni,  "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” medallarına layiq görülən şəhid baş çavuş İsmayıl Qəsəbovun oğlu Uğur Qəsəbovun isə 3 yaşı qeyd olunub.
 
Abşeron Rayon İcra Hakimiyyətinin başçının müavini Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri xiyabanda uyuyan şəhidlərimizin məzarlarını ziyarət edib. Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub, məzarları üzərinə tər çiçəklər düzülüb.
 
Şəhid kapitan Mustafayev Nurlan Hamlet oğlunun anım mərasimi Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidimizin həyat və fəaliyyətini özündə əks etdirən sənədli film nümayiş olunub.
 
Gülnar Rəhimova bildirib ki, ölkəmizdə, o cümlədən Abşeron rayonunda şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərilir. Onların xatirəsinin əbədiləşdirilməsi, unudulmaması və daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. 
Daha sonra şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, Abbas Əliyev, din xadimi Rasim Xudaverdiyev, Xüsusi Təyinatlıların qaziləri, şəhid ailələri və veteranları İctimai Birliyinin Abşeron bölməsinin sədri Süleyman Cəfərov və digərləri çıxış edərək Azərbaycanın döyüş meydanında qazandığı qələbədən, idiglərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıblar.
 
Sonda ölkəmizin incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim edilib.
 
İştirakçılar daha sonra şəhid baş çavuş İsmayıl Qəsəbovun evinə gedərək onun ailəsinə baş çəkib, şəhidin 3 yaşı tamam olan oğlu Uğuru doğum günü münasibətilə təbrik ediblər. 
 
Ailənin qayğıları ilə maraqlanan Gülnar Rəhimova söhbət zamanı şəhidlərimizin vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulayıb, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyib. Şəhid İsmayıl Qəsəbovun ailə üzvləri onlara hər zaman dövlət qayğısının göstərildiyini və buna görə Ali Baş Komandan cənab İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
Rəsmi Bakıdan Fransaya çağırış
19:30 18.09.2026
Rəsmi Bakıdan Fransaya çağırış
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
19:11 18.09.2026
Moskva Tokiodan ABŞ raket sistemlərini çıxarmağı tələb etdi
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
18:54 18.09.2026
Fitso xəstəlik səbəbindən Ukraynaya səfərini ləğv edib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
18:39 18.09.2026
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
18:23 18.09.2026
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
18:12 18.09.2026
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb