Xorvatiyada minatəmizləmə fəaliyyəti başa çatıb və Zaqreb bu istiqamətdə Azərbaycanı dəstəkləməyə hazırdır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Xorvatiyanın xarici və Avropa işləri nazirinin siyasi məsələlər üzrə dövlət katibi Frano Matuşiçi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.
Belə ki, minatəmizləmə sahəsində ANAMA ilə Xorvatiyanın ixtisaslaşmış şirkətləri arasında təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib. Qarşı tərəf, cari ilin mart ayında ölkəsindəki minatəmizləmənin başa çatdığını və bu istiqamətdə Azərbaycana istənilən dəstəyi əsirgəməyəcəklərini bildirib.











































