Yığmamız yenə darmadağın oldu

İDMAN
18:56 29.03.2011
1991
Azərbaycan yığması Brüsseldəki “Rua Boduen” stadionunda Belçika millisinin qonağı olub.

Oyuna daha yaxşı başlayan meydan sahibləri erkən qola seviniblər. 12-ci dəqiqədə Yan Vertonqen hesabı açıb. Komandamız tezliklə bərabərlik topunu vurmağı bacarıb. 16-cı dəqiqədə künc zərbəsindən sonra Ruslan Abışov tarazlığı bərpa edib.

Amma bu, yığmamızın sevinci cəmi 15 dəqiqə çəkib. 31-ci dəqiqədə Timmi Simonsun qolu ilə hesabı artıran “qırmızı şeytanlar” fasiləyədək daha bir dəfə də fərqləniblər. İlk yarının son dəqiqələrində Naser Şadli komandasının üçüncü qolunu vurub.

İkinci hissədə də aşkar üstünlüyə malik belçikalılar Yelle Vossenin zərbəsilə yığmamızı dördüncü dəfə mərkəzə dəvət edib. Bu, oyunda vurulan son qol olub və qrupda 3-cü qələbəsini qazanan meydan sahibləri turnir cədvəlində ikinci pillədəki mövqeyini saxlayıb.

Xatırladaq ki, yığmamız qrupda keçirdiyi 4 oyunun üçünü böyük hesablı məğlubiyyətlə başa vurur. Öncə Almaniyada 1:6 hesabı ilə uduzan komandamız Vyanada Avstriyadan 3 cavabsız qol yemişdi. Ardından Bakıda Türkiyə üzərində qələbə qazanan (1:0) millimiz bu dəfə 1:4 hesabına üzüldü.

Yeri gəlmişkən, bu, millimizin tarixində martın 29-da keçirdiyi üçüncü səfər oyunu idi. Maraqlıdır ki, komandamız əvvəlki 2 görüşdə də qapısından 4 top buraxmışdı.

1995-ci ildə Avro-1996-nın Slovakiya, 2003-cü ildə Avro-2004-ün Uelslə qarşılaşmalarında meydan sahibləri qapımıza 4 qol vurmuşdu.



Avro-2012-nin seçmə mərhələsi
A qrupu

BELÇİKA – AZƏRBAYCAN - 4:1
QOLLAR: Yan Vertonqen; 12; Timmi Simons, 31; Naser Şadli, 45; Yelle Vossen, 74 - Ruslan Abışov, 16
Baş hakim: Daniel Stalhammer (İsveç)
Brüssel. “Rua Boduen” stadionu
BELÇİKA: 1. Simon Minole, 2. Loran Siman, 3. Danel van Buyten (k), 4. Nikolas Lomberts, 5. Yan Vertonqen, 6. Timmi Simons, 7. Naser Şadli, 8. Stiven Defur, 9. Yelle Vossen, 10. Aksel Vitsel, 11. Musa Dembele
Ehtiyat oyunçular: 12. Jan-Fransua Jiye, 13. Tom de Sutter, 14. Yelle vann Damm, 15. Vadis Ocica, 16. Eden Azar, 17. Dris Mertens, 18. Antoni Vanden Bore

AZƏRBAYCAN 1. Kamran Ağayev, 2. Rail Məlikov, 4. Mahir Şükürov, 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov, 10. Elvin Məmmədov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abuşov, 19. Rahid Əmirquliyev, 21. Volodimir Levin
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 3. Saşa Yunisoğlu, 13. Vurğun Hüseynov, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 18. Cəmşid Məhərrəmov, 22. Araz Abdullayev


OXŞAR XƏBƏRLƏR