Yarışda hicabını çıxaran iranlı şahmatçı təhdid olundu - FOTO

Yarışda hicabını çıxaran iranlı şahmatçı təhdid olundu - FOTO
DÜNYA
21:00 04.01.2023
417

Almatıda keçirilən şahmatın rapid və blits növü üzrə dünya çempionatında başıaçıq çıxış edən şahmatçı Sara Xadem immiqrasiya məlumatını təsdiqləyib və bir gün İrana qayıtmaq niyyətində olduğunu bildirib.

"Qaçqın olduğum barədə söz-söhbətlər yayılıb. Bunu açıqlamaq istəyirəm. Mən qaçqın deyiləm. Əslində buna ehtiyac yoxdur. Uzun illər öz sahəmdəki uğurlarım və həyat yoldaşım sayəsində heç vaxt sığınacaq sorğusu vasitəsilə yaşayış icazəsi almaq barədə narahatlıq keçirməmişəm. Bizim immiqrasiyamız ailə qərarıdır, siyasi mahiyyət daşımır. İran hələ də bizim ilk evimizdir və biz mütləq İrana lazımi vaxtda qayıdacağıq”, - deyə Sara Xadem bildirib.

Xadem Almatıda keçirilən dünya çempionatında İran hesabına deyil, öz vəsaiti hesabınaiştirak etdiyibarədə məlumatı da təsdiqləyib.

"Buraya hökumətin, şahmat federasiyasının və ya dövlətin pulu hesabına gəlməyimə gəlincə,səkkiz yaşımdan atamın alın təri ilə qazandığı pul və yarışlarda qalib gələrkən aldığım pul mükafatı hesabına şahmat turnirlərində iştirak edirəm. Əcnəbi məşqçilər üçün böyük xərcləri şəxsən öz cibimdən ödəmişəm”, - deyə Xadem bildirib.

Qeyd edək ki, buna qədər "El País” qəzeti S.Xademin və həyat yoldaşı, İran-Kanada kinorejissoru Ərdəşir Əhmədinin İspaniyada yaşamaq qərarına gəldiyini yazmışdı. Onların İspaniyada mənzili olduğu vurğulanır.

"Reuters” öz mənbələrinə istinadla bildirib ki, Xadem artıq İspaniyadadır. O, hələ Almatıda olarkən turnir bitdikdən sonra evə qayıtmaması barədə bir neçə telefon hədəsi alıb. Xademin İranda olan qohumları və valideynləri də təhdidlərə məruz qalıblar.

"Telefon zəngləri ona gətirib çıxarıb ki, təşkilatçılar Qazaxıstan polisinin köməyi ilə şahmatçının təhlükəsizliyini təmin etmək qərarına gəliblər, nəticədə dörd nəfər Xademin mehmanxanasında mühafizəçi qismində keşik çəkib”, - deyəvurğulanıb.

Xatırladaq ki, iranlı şahmatçı Almatıda keçirilən çempionatda başıaçıq çıxış edib. Bu, İslam Respublikasının sərt dress-koduna ziddir. İran rejimi Xademin bu addımını son üç ayda ölkədəki etirazlarla həmrəylik əlaməti hesab edib.

///oxu.az

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
16:12 22.09.2026
Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - VİDEO
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
16:00 22.09.2026
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
15:57 22.09.2026
Xəzər rayonunda 40 kiloqram narkotik vasitə aşkarlandı
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
15:48 22.09.2026
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
15:45 22.09.2026
Mbappe illər sonra danışdı: “Anam Kloppun fanatı idi”
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
15:35 22.09.2026
Yaşayış evindən 75500 manat pul oğurlayan şəxslər saxlanıldı
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
15:29 22.09.2026
Emin Əmrullayev uşaqların rəqəmsal təhlükəsizliyini müzakirə edən tədbirə qatıldı
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
15:03 22.09.2026
Mənzil əvəzinə obyekt: Binaların altı niyə obyektlərlə dolur?
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
14:46 22.09.2026
Bakıda ev almaq istəyənlərin nəzərinə – Bu ərazilərdəki evlər...
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
14:42 22.09.2026
Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
14:41 22.09.2026
“Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur”
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
14:26 22.09.2026
“Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq”
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
14:26 22.09.2026
“Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar”
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
14:18 22.09.2026
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir"
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
14:03 22.09.2026
BDU-nun qarşısında tələbə sıxlığı – Universitetdən AÇIQLAMA
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU
13:44 22.09.2026
Dini inancları məsxərəyə qoyanlara münasibətiniz necədir? – VİDEOSORĞU