Yaxın günlərdə yenidən online təhsilə qayıda bilərik - Məktəblərdə yoluxma sürətlə artır

Yaxın günlərdə yenidən online təhsilə qayıda bilərik - Məktəblərdə yoluxma sürətlə artır
SOSİAL
16:26 18.10.2021
1983

"Əgər qabaqlayıcı tədbirlər alınmazsa, vətəndaşlar şəxsi gigiyena qaydalarına riayət etməzlərsə, yenidən distant formada təhsil sisteminə qayıda bilərik”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında təhsil üzrə ekspert Elçin Əfəndi deyib. O, bildirib ki, vətəndaşlarımız mütləq şəkildə müvafiq qaydalara riayət etməlidirlər: "Hazırki dövrdə biz artıq virusa yoluxma halının tədricən artan temp üzrə dinamikasını görürük. Eyni zamanda buna müvafiq olaraq bəzi təhsil müəssisələrində şagird və ya müəllimlərin yoluxmasını, hətta ölüm faktı da müşahidə edirik. Təsadüfi deyil ki, bu gün də bir neçə universitetdə qruplar üzrə lokal formada distant tədrisə keçmə oldu. Eyni zamanda 20 saylı orta məktəb, 14 günlük karantinə keçdi. Bütün bunlar onu deməyə əsas verir ki, əgər qabaqlayıcı tədbirlər alınmazsa, 12 yaşdan yuxarı olan vətəndaşların vaksinasiyası olunması mərhələsi bir qədər yubanarsa o zaman qarşıdakı dövr ərzində ola bilər ki, artıq təhsilin müəyyən pillələri üzrə tədricən qapanmaları müşahidə edək. Bunların olmaması üçün isə yaxşı olar ki, vətəndaşlarımız mütləq şəkildə müvafiq qaydalara riayət etsinlər”.

Ekspertin sözlərinə görə, belə davam edərsə, məktəblərdə yoluxmaların sayının artması qaçınılmazdır: "Onu da qeyd edim ki, hər bir ailədən təhsilə bağlı olan bir şəxs var. Yəni bu, ola bilər ki, gənc ailədir, baxçaya gedən övladı var. Yaxud da məktəbə gedən uşağı var, ola bilər ki, orta yaşlı nəslin nümayəndəsidir. Bunun içərisində müəllimi, tələbəsi var. Yəni demək olar ki, hər kəsin təhsilə bağlılığı var. Təhsil müəssisələrində yoluxma faktı olduğu halda bu, daha da geniş vüsət alır. Çünki təxminən 2 milyondan çox vətəndaş, demək olar ki, təhsil sektoru ilə birbaşa bağlıdır. Belə olan halda yoluxma daha da arta bilər. Yəni məsələyə qeyri-ciddi yanaşılarsa, gündəlik yoluxma sayını biz bu gedişlə, hətta 5-6 min həddinə qalxa biləcəyini də müşahidə edə bilərik. Bu isə yolverilməzdir. Bunun da qarşısını almaq üçün müvafiq qaydalara riayət etmək hər bir vətəndaşdan tələb olunur”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək